Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Böyük Teatr"ın səhnəsində "böyük daşqın" – bu dəfə söhbət tamaşadan getmir

© Sputnik / Schegolkov / Mediabanka keçidRusiyanın "Bolşoy Teatr"ı
Rusiyanın Bolşoy Teatrı  - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Teatrın adının çəkilməsini istəməyən aktyorunun verdiyi məlumata görə, hadisə sərxoş əməkdaşların dalaşması ucbatından baş verib.
BAKI, 23 noyabr — Sputnik. Rusiyanın məşhur "Bolşoy Teatr"ı bu sənət ocağının adına yaraşmayan hadisə ilə gündəmə gəlib. Rusiya mətbuatının yazdığına görə, sərxoş əməkdaşların dalaşması ucbatından Akademik Dövlət Teatrının Yeni səhnəsini su basıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda teatrın adının çəkilməsini istəməyən aktyoru məlumat yayıb.
O bildirib ki, gecə saatlarında teatrın sərxoş işçiləri arasında dava düşüb və onlar bir-birinə stul atmağa başlayıblar.
"Onlardan birinin atdığı stul yanğın əleyhinə siqnalizasiyanın idarəetmə sisteminə dəyib. Deyəsən, dava Tarixi səhnədə (teatrın səhnələrindən biri-red.) düşüb, həmin sistem də məhz orada yerləşir. Amma nəticədə Yeni səhnəni su basıb", - deyə o bildirib.
Teatrın əməkdaşları əvvəl elə biliblər ki, yanğın baş verib. Onlar yanğının mənbəyini axtardıqları müddətdə isə su axaraq səhnəni basıb.
Mənbə onu da bildirib ki, hadisə nəticəsində dəymiş ziyan bir o qədər də böyük deyil. Belə ki, "Bolşoy Teatr" dekabrın 1-nə təyin olunmuş "Usta və Marqarita" tamaşasının premyerasına kimi səhnəni qaydaya sala biləcək.
Qeyd edək ki, bir qədər bundan əvvəl sosial şəbəkələrdə "Bolşoy Teatr"ın Yeni səhnəsini su basması ilə bağlı video yayılıb. Həmin vaxt hadisənin yanğınsöndürmə sistemindəki problem ucbatından baş verdiyi bildirilmişdi.
Xəbər lenti
0