https://sputnik.az/20211122/zaxarova-latviyada-georgi-lentinin-taxilmasina-qoyulan-qadagani-pisleyib-436565343.html
Zaxarova Latviyada Georgi lentinin taxılmasına qoyulan qadağanı pisləyib
Zaxarova Latviyada Georgi lentinin taxılmasına qoyulan qadağanı pisləyib
Sputnik Azərbaycan
BAKI, 22 noyabr — Sputnik. Latviyanın kütləvi tədbirlərdə Georgi lentinin taxılmasını qadağan edən qərarı veteranın yaxasındakı Qələbə simvolunu deyil, ölkənin... 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T20:38+0400
2021-11-22T20:38+0400
2021-11-22T20:38+0400
rusiya xin
rusiya
latviya
9 may qələbə günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:3019:1699_1920x0_80_0_0_66d1acce2e7336e573634117b9c4e5b8.jpg
BAKI, 22 noyabr — Sputnik. Latviyanın kütləvi tədbirlərdə Georgi lentinin taxılmasını qadağan edən qərarı veteranın yaxasındakı Qələbə simvolunu deyil, ölkənin özünü ləkələyir. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib."Mən sizi əmin edə bilərəm ki, biz bütün beynəlxalq platformalarda tarixi həqiqəti müdafiə edəcəyik - bu günə qədər etdiyimiz kimi, gələcəkdə də bunu davam etdirəcəyik", - deyə diplomat "Rossiya Seqodnya" BİA-da keçirilən onlayn konfrans zamanı qeyd edib.Zaxarova bildirib ki, bu addımın "mənası və əsl səbəbi tamamilə başadüşüləndir". Onun sözlərinə görə, Riqa "hazırkı administrasiyanın dövründə bir çox siyasi və hüquqi qərarlarında diskriminasiyanın qadağan edilməsi də daxil olmaqla birbaşa beynəlxalq hüquqi prinsiplərə zidd olan göstərişlərə əsaslanır". Diplomat vurğulayıb ki, "əbəs deyil ki, Georgi lentlərini məhz hər on sakinindən birinin "qeyri-vətəndaş" statusu daşıdığı Latviya qadağan edib".Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, beynəlxalq hüquqi əsasa malik və xeyirin şər üzərində qələbəsi ilə bağlı olan bu simvolların qadağan edilməsi siyasətdə edilə biləcək ən mənasız işdir."Bu simvollar ideologiya çərçivəsindən və ya siyasətçilərin dar düşüncəli konsepsiyasından kənarda mövcuddur, bu simvollar başqalarının həyatı və yaxşılığı naminə insanların çəkdikləri əziyyətlərini, fikirlərini ifadə edir <...> Mütləq və çoxyönlü Böyük Qələbə ideyasını qadağan etmək heç vaxt, heç yerdə heç kimə müyəssər olmayacaq", - deyə Zaxarova fikrini yekunlaşdırıb.Latviya parlamenti rəsmi olaraq ölkədə lentlərin ictimai istifadəsini qadağan edib. Bu Baltikyanı respublikada hazırda 4000-dən çox Böyük Vətən Müharibəsi iştirakçısı, blokadada qalanlar, arxa cəbhə zəhmətkeşləri var. Xəbər dərhal geniş ictimaiyyət arasında və beynəlxalq mediada rezonans doğurub.Hər il mayın 9-da yüz minlərlə insan Qələbə Gününü qeyd etmək üçün "Riqanı azad edənlər"in abidəsi önünə toplaşır."Georgi lenti" aksiyası Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunub. Bu ideyanı 2005-ci ildə "Rossiya Seqodnya" BİA-nın tərkibinə daxil olan RİA Novosti agentliyi irəli sürüb. Elə həmin vaxtda da ilk tədbir keçirilib və o vaxtdan bəri 9 May ərəfəsində lent taxmaq ənənəyə çevrilib.Bununla yanaşı, hər il Latviyada Nürnberq tribunalının cinayətkar təşkilat kimi tanıdığı SS legionerlərinin yürüşləri də keçirilir. Onlar nasistlərin mükafatlarını və rəmzlərini açıq şəkildə nümayiş etdirirlər, deputatlar və məmurlar da bu yürüşlərə qatılırlar. Belə tədbirlər bir çox ölkələr, o cümlədən Rusiya tərəfindən də hər cür qınanılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:2729:2047_1920x0_80_0_0_121d3625bcba3c39dbb42de7b9011b73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, latviya, 9 may qələbə günü
rusiya xin, latviya, 9 may qələbə günü
BAKI, 22 noyabr — Sputnik. Latviyanın kütləvi tədbirlərdə Georgi lentinin taxılmasını qadağan edən qərarı veteranın yaxasındakı Qələbə simvolunu deyil, ölkənin özünü ləkələyir. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Mən sizi əmin edə bilərəm ki, biz bütün beynəlxalq platformalarda tarixi həqiqəti müdafiə edəcəyik - bu günə qədər etdiyimiz kimi, gələcəkdə də bunu davam etdirəcəyik", - deyə diplomat "Rossiya Seqodnya" BİA-da keçirilən onlayn konfrans zamanı qeyd edib.
Zaxarova bildirib ki, bu addımın "mənası və əsl səbəbi tamamilə başadüşüləndir". Onun sözlərinə görə, Riqa "hazırkı administrasiyanın dövründə bir çox siyasi və hüquqi qərarlarında diskriminasiyanın qadağan edilməsi də daxil olmaqla birbaşa beynəlxalq hüquqi prinsiplərə zidd olan göstərişlərə əsaslanır". Diplomat vurğulayıb ki, "əbəs deyil ki, Georgi lentlərini məhz hər on sakinindən birinin "qeyri-vətəndaş" statusu daşıdığı Latviya qadağan edib".
Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, beynəlxalq hüquqi əsasa malik və xeyirin şər üzərində qələbəsi ilə bağlı olan bu simvolların qadağan edilməsi siyasətdə edilə biləcək ən mənasız işdir.
"Bu simvollar ideologiya çərçivəsindən və ya siyasətçilərin dar düşüncəli konsepsiyasından kənarda mövcuddur, bu simvollar başqalarının həyatı və yaxşılığı naminə insanların çəkdikləri əziyyətlərini, fikirlərini ifadə edir <...> Mütləq və çoxyönlü Böyük Qələbə ideyasını qadağan etmək heç vaxt, heç yerdə heç kimə müyəssər olmayacaq", - deyə Zaxarova fikrini yekunlaşdırıb.
Latviya parlamenti rəsmi olaraq ölkədə lentlərin ictimai istifadəsini qadağan edib. Bu Baltikyanı respublikada hazırda 4000-dən çox Böyük Vətən Müharibəsi iştirakçısı, blokadada qalanlar, arxa cəbhə zəhmətkeşləri var. Xəbər dərhal geniş ictimaiyyət arasında və beynəlxalq mediada rezonans doğurub.
Hər il mayın 9-da yüz minlərlə insan Qələbə Gününü qeyd etmək üçün "Riqanı azad edənlər"in abidəsi önünə toplaşır.
"Georgi lenti" aksiyası Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunub. Bu ideyanı 2005-ci ildə "Rossiya Seqodnya" BİA-nın tərkibinə daxil olan RİA Novosti agentliyi irəli sürüb. Elə həmin vaxtda da ilk tədbir keçirilib və o vaxtdan bəri 9 May ərəfəsində lent taxmaq ənənəyə çevrilib.
Bununla yanaşı, hər il Latviyada Nürnberq tribunalının cinayətkar təşkilat kimi tanıdığı SS legionerlərinin yürüşləri də keçirilir. Onlar nasistlərin mükafatlarını və rəmzlərini açıq şəkildə nümayiş etdirirlər, deputatlar və məmurlar da bu yürüşlərə qatılırlar. Belə tədbirlər bir çox ölkələr, o cümlədən Rusiya tərəfindən də hər cür qınanılır.