https://sputnik.az/20211122/kursk-ile-toqqusan-sualti-qayiq-norvec-sahillerinde-tapilib-436551629.html
"Kursk" ilə toqquşan sualtı qayıq Norveç sahillərində tapılıb
"Kursk" ilə toqquşan sualtı qayıq Norveç sahillərində tapılıb
Sputnik Azərbaycan
Admiralın sözlərinə görə, gəminin adını ictimaiyyətə açıqlamaq üçün dəlillərə sahib olmaq və bu dəlilləri ortaya qoymaq lazımdır, lakin bunu etmək hələ ki... 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T15:12+0400
2021-11-22T15:12+0400
2021-11-22T15:52+0400
rusiya
qəza
"kursk" atom sualtı gəmisi
kursk gəmisi necə batdı
kursk gəmisinin sirri
donanma admiralı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436543891_0:107:3105:1854_1920x0_80_0_0_87f524cfcbfcbc00dc3bf7205a92cc33.jpg
BAKI, 22 noyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıq əleyhinə aviasiyası Norveç sahillərində Rusiyanın "Kursk" atom sualtı qayığı ilə toqquşan xarici sualtı qayıq aşkar edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Şimal Donanmasının keçmiş komandanı (1999-2000) admiral Vyaçeslav Popov deyib:Admiral RİA Novosti-yə bildirib ki, "Kursk" NATO-nun sualtı qayığı ilə toqquşma nəticəsində batıb və onun toqquşduğu gəminin adı "90% ehtimalla" məlumdur. Popovun sözlərinə görə, "gəminin adını ictimaiyyətə açıqlamaq üçün dəlillərə sahib olmaq və bu dəlilləri ortaya qoymaq lazımdır", lakin o, bunu edə bilmir. Admiralın fikrincə, NATO-nun sualtı qayığı əslində "Kursk"u izləyib:"Sualtı qayıq Kurska çox yaxınlaşıb, ya da Kursk-un manevri qəzaya səbəb olub".Admiral qeyd edib ki, xarici sualtı qayıq "Kursk"la toqquşması və daha sonra onun üzərindəki böyük silah, sursat ehtiyatlarının partlaması nəticəsində zərər çəkib."O (xarici sualtı qayıq - red.) hərəkət qabiliyyətini bərpa etmək üçün bir müddət dənizin dibinə oturub. Bərpa edildikdən sonra o öz bazasına götürülüb. Bu, artıq Norveç sahillərində sualtı qayıq əleyhinə aviasiyamız tərəfindən də qeydə alınıb", - deyə Popov bildirib.O xatırladıb ki, Şimal Donanmasının 2000-ci ilin avqustunda keçirilən təlimləri həmçinin neytral sularda da keçirilib."Təlimlər zamanı qarşıya qoyulmuş vəzifələrdən biri isə sualtı qayıqlar qüvvələri tərəfindən kəşfiyyat işləri aparmaqdır. Orada yalnız bir sualtı qayıq olmayıb. Məndə olan məlumata görə, orada üç sualtı qayıq olub və onlar Şimal donanmasında böyük təlim keçiriləcəyini bilə-bilə normal kəşfiyyat aparıblar", - deyə admiral qeyd edib.Rusiya və xarici KIV-dən verilən məlumata görə, təlimlər bölgəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin "Memphis" və "Toledo" sualtı qayıqları, həmçinin İngiltərə Hərbi Dəniz Qüvvələrinin "Splendid" sualtı qayığı olub."News24" portalının məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Pentaqondan "Memphis" və "Toledo" sualtı qayıqlarının yoxlanılmasını istəyib, ancaq qarşı tərəf buna imtina ilə cavab verib və "bütün sualtı qayıqların işlək vəziyyətdə olduğu" bildirilib. Portalın məlumatına görə, London da müraciətə eyni cür cavab verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436543891_374:0:3105:2048_1920x0_80_0_0_3f4014d944e242da69b6cd3e266fbf54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, "kursk" atom sualtı gəmisi, kursk gəmisi necə batdı, kursk gəmisinin sirri, donanma admiralı
qəza, "kursk" atom sualtı gəmisi, kursk gəmisi necə batdı, kursk gəmisinin sirri, donanma admiralı
"Kursk" ilə toqquşan sualtı qayıq Norveç sahillərində tapılıb
15:12 22.11.2021 (Yenilənib: 15:52 22.11.2021) Admiralın sözlərinə görə, gəminin adını ictimaiyyətə açıqlamaq üçün dəlillərə sahib olmaq və bu dəlilləri ortaya qoymaq lazımdır, lakin bunu etmək hələ ki mümkün deyil.
BAKI, 22 noyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıq əleyhinə aviasiyası Norveç sahillərində Rusiyanın
"Kursk" atom sualtı qayığı ilə toqquşan xarici sualtı qayıq aşkar edib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Şimal Donanmasının keçmiş komandanı (1999-2000) admiral
Vyaçeslav Popov deyib:
"Rəsmi xəbərə görə, "Kursk" 2000-ci ildə avqustun 12-də Barens dənizində Severomorskdan 175 kilometr məsafədə, 108 metr dərinlikdə, göyərtədə torpedonun və sonradan Şimal Donanmasının təlimləri zamanı silah, sursat ehtiyatlarının partlaması nəticəsində batıb. Partlayış nəticəsində 118 ekipaj üzvünün hamısı həlak olub".
Admiral RİA Novosti-yə bildirib ki, "Kursk" NATO-nun sualtı qayığı ilə toqquşma nəticəsində batıb və onun toqquşduğu gəminin adı "90% ehtimalla" məlumdur.
Popovun sözlərinə görə, "gəminin adını ictimaiyyətə açıqlamaq üçün dəlillərə sahib olmaq və bu dəlilləri ortaya qoymaq lazımdır", lakin o, bunu edə bilmir. Admiralın fikrincə, NATO-nun sualtı qayığı əslində "Kursk"u izləyib:
"Sualtı qayıq Kurska çox yaxınlaşıb, ya da Kursk-un manevri qəzaya səbəb olub".
Admiral qeyd edib ki, xarici sualtı qayıq "Kursk"la toqquşması və daha sonra onun üzərindəki böyük silah, sursat ehtiyatlarının partlaması nəticəsində zərər çəkib.
"O (xarici sualtı qayıq - red.) hərəkət qabiliyyətini bərpa etmək üçün bir müddət dənizin dibinə oturub. Bərpa edildikdən sonra o öz bazasına götürülüb. Bu, artıq Norveç sahillərində sualtı qayıq əleyhinə aviasiyamız tərəfindən də qeydə alınıb", - deyə Popov bildirib.
O xatırladıb ki, Şimal Donanmasının 2000-ci ilin avqustunda keçirilən təlimləri həmçinin neytral sularda da keçirilib.
"Təlimlər zamanı qarşıya qoyulmuş vəzifələrdən biri isə sualtı qayıqlar qüvvələri tərəfindən kəşfiyyat işləri aparmaqdır. Orada yalnız bir sualtı qayıq olmayıb. Məndə olan məlumata görə, orada üç sualtı qayıq olub və onlar Şimal donanmasında böyük təlim keçiriləcəyini bilə-bilə normal kəşfiyyat aparıblar", - deyə admiral qeyd edib.
Rusiya və xarici KIV-dən verilən məlumata görə, təlimlər bölgəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin "Memphis" və "Toledo" sualtı qayıqları, həmçinin İngiltərə Hərbi Dəniz Qüvvələrinin "Splendid" sualtı qayığı olub.
"News24" portalının məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Pentaqondan "Memphis" və "Toledo" sualtı qayıqlarının yoxlanılmasını istəyib, ancaq qarşı tərəf buna imtina ilə cavab verib və "bütün sualtı qayıqların işlək vəziyyətdə olduğu" bildirilib. Portalın məlumatına görə, London da müraciətə eyni cür cavab verib.