https://sputnik.az/20211119/lavrov-qarabagla-bagli-ucterefli-gorusun-kecirilmesinin-sertini-aciqlayib-436493388.html
Lavrov Qarabağla bağlı üçtərəfli görüşün keçirilməsinin şərtini açıqlayıb
Lavrov Qarabağla bağlı üçtərəfli görüşün keçirilməsinin şərtini açıqlayıb
Sputnik Azərbaycan
Lavrovun sözlərinə görə, konsensusun olması üçün görüşməyə hazırlaşan tərəflərin hamısı bununla razılaşmalıdır. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T16:28+0400
2021-11-19T16:28+0400
2021-11-19T16:28+0400
rusiya
azərbaycan silahlı qüvvələri
ermənistan
vladimir putinin köməkçisi dmitri peskov
azərbaycan ordusu
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434632315_0:0:2722:1532_1920x0_80_0_0_4d9f761eb0944b4c052e789673e34566.jpg
BAKI, 19 noyabr — Sputnik. Rusiya, Ermənistan və Azərbaycan görüşü baş tutacaq, bunun üçün tərəflərin razılığı lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib."Görüş üçün konsensus lazımdır. Mən təsdiqləyə bilərəm ki, konsensusun olması üçün görüşməyə hazırlaşan tərəflərin hamısı bununla razılaşmalıdır. Mən əminəm ki, belə bir görüş baş tutacaq", - deyə o bildirib.Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşə müəyyən bir mərhələdə ehtiyac olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır: "Şübhəsiz, müəyyən bir mərhələdə belə görüşlər lazımdır, lakin onların baş tutması üçün hər üç tərəfin razılığı və hazır olması lazımdır", - deyə Peskov qeyd edib.O, eyni zamanda bildirib ki, Moskva Ermənistan-Azərbaycan sərhədində münaqişə tərəflərini təmkinli olmağa və üçtərəfli razılaşmalara riayət etməyə çağırır: "Həqiqətən də, sərhəddə hərbi əməliyyatların bərpa olunması ciddi narahatlığa səbəb oldu, lakin Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün olub. Rusiya tərəfi bunu gələcəkdə etməyə davam edəcək. Biz inanırıq ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir".Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434632315_0:0:2722:2042_1920x0_80_0_0_70633850eecf2a3cf808e02d66ab458d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan silahlı qüvvələri, ermənistan, vladimir putinin köməkçisi dmitri peskov, azərbaycan ordusu, azərbaycan və ermənistan arasında müharibə
azərbaycan silahlı qüvvələri, ermənistan, vladimir putinin köməkçisi dmitri peskov, azərbaycan ordusu, azərbaycan və ermənistan arasında müharibə
Lavrov Qarabağla bağlı üçtərəfli görüşün keçirilməsinin şərtini açıqlayıb
Lavrovun sözlərinə görə, konsensusun olması üçün görüşməyə hazırlaşan tərəflərin hamısı bununla razılaşmalıdır.
BAKI, 19 noyabr — Sputnik. Rusiya, Ermənistan və Azərbaycan görüşü baş tutacaq, bunun üçün tərəflərin razılığı lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Görüş üçün konsensus lazımdır. Mən təsdiqləyə bilərəm ki, konsensusun olması üçün görüşməyə hazırlaşan tərəflərin hamısı bununla razılaşmalıdır. Mən əminəm ki, belə bir görüş baş tutacaq", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşə müəyyən bir mərhələdə ehtiyac olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır: "Şübhəsiz, müəyyən bir mərhələdə belə görüşlər lazımdır, lakin onların baş tutması üçün hər üç tərəfin razılığı və hazır olması lazımdır", - deyə Peskov qeyd edib.
O, eyni zamanda bildirib ki, Moskva Ermənistan-Azərbaycan sərhədində münaqişə tərəflərini təmkinli olmağa və üçtərəfli razılaşmalara riayət etməyə çağırır: "Həqiqətən də, sərhəddə hərbi əməliyyatların bərpa olunması ciddi narahatlığa səbəb oldu, lakin Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün olub. Rusiya tərəfi bunu gələcəkdə etməyə davam edəcək. Biz inanırıq ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir".
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.