Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac

© Photo : Azerbaijan Highway State AgencyBakı-Sumqayıt yolunda
Bakı-Sumqayıt yolunda - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Buna səbəb yolun DYP-nin Ekologiya Postu qarşısından keçən hissəsində yük avtomobilinin (TIR) aşmasıdır.
BAKI, 19 noyabr — Sputnik. Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb.
Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agnetliyinin (BNA) mətbuat katibi Mais Ağayev verib.
O, bildirib ki, Bakı-Sumqayıt yolunda hazırda nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir. Buna səbəb yolun DYP-nin Ekologiya Postu qarşısından keçən hissəsində yük avtomobilinin (TIR) aşmasıdır.
Xatırladaq ki, illərdir Bakı-Sumqayıt yolunun tıxac problemi həllini tapmayıb. Vaxtaşırı orada baş verən yol qəzaları isə tıxacın artmasına və yolun keçilməz olmasına səbəb olur.
2020-ci ildə Bakı şəhərinin şimal girişi - Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində müvafiq işlər görülsə də, tıxac problemi tam həllini tapmayıb.
Xəbər lenti
0