Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Dubai Airshow 2021": Rusiyanın “Su-75”-lərinin heyrətamiz xüsusiyyətləri

© AFP 2024 / GIUSEPPE CACACERusiyanın beşinci nəsil “Su-75” ("Checkmate"- "şah və mat") təyyarəsi "Dubai Airshow 2021" beynəlxalq aerokosmik sərgisində
Rusiyanın beşinci nəsil “Su-75” (Checkmate- şah və mat) təyyarəsi Dubai Airshow 2021 beynəlxalq aerokosmik sərgisində - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Rusiyanın “Su-75” beşinci nəsil qırıcısı təxminən 20-30 milyon dəyərində qiymətləndirilir, yəni Amerikanın “F-35”-lərindən 3-4 dəfə ucuzdur ki, bu da təyyarənin potensial müştəriləri üçün güclü arqument sayıla bilər.
BAKI, 18 noyabr — Sputnik. Rusiyanın beşinci nəsil “Su-75” ("Checkmate"- "şah və mat") təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2021" beynəlxalq aerokosmik sərgisinin ulduzuna çevrildi. Rusiya təyyarəsi uçuşun sürəti və müddəti, radiolokatorlar tərəfindən az nəzərə çarpması, pilotsuz uçmaq xüsusiyyəti və Amerikanın F-35-ləri ilə müqayisədə rəqabətə davamlılığı ilə xarici mütəxəssisləri heyrətləndirib.
“Dubai Airshow 2021” aviasalonu “Su-75” yüngül qırıcısının xaricdə debütü oldu, məqsəd isə səmada və dünya bazarında hökmranlığın ələ keçirilməsi və Amerikanın “F-35”-lərinin sıxışdırılmasıdır. Bunun üçün Komsomolsk-Amur təyyarə zavodunun "Checkmate" məhsulu yüksək döyüş keyfiyyətlərinə və texniki xüsusiyyətlərə malikdir.
Təyyarəni işləyib-hazırlayanların verdiyi məlumata görə, "Checkmate" əlavə yanacaqdoldurma etmədən 3000 kilometr məsafə qət etməyə, 7400 kiloqram döyüş yükü daşımağa, eyni vaxtda altıya yaxın hava, dəniz və yerüstü hədəflərinə (o cümlədən, zərbə dronları və xarici beşinci nəsil təyyarələrinə) hücuma keçməyə qadirdir.
Rusiyanın “Su-75” ("Checkmate") beşinci nəsil platforması açıq arxitekturaya malikdir və təxminən 20-30 milyon dəyərində qiymətləndirilir, yəni “F-35”-lərdən 3-4 dəfə ucuzdur. Bu, təyyarənin potensial müştəriləri üçün güclü arqumentdir. Özü də Rusiyanın yüngül qırıcılarının artıq 2024-cü ildə Hərbi Kosmik Qüvvələrin döyüş silahlanmasına qəbul edilməsi planlaşdırılır. Xatırladaq ki, Amerikanın "Lockheed Martin" istehsallı “F-35”-ləri uzun illərdən bəri istismarda olsa da, hələ də çoxseriyalı istehsal üçün Pentaqonun təsdiqini almayıb. Başqa sözlə, rəsmi olaraq ABŞ Hərbi Hava Qüvvələrinə qəbul edilməyib.
"Suxoy" Birləşmiş Aviatikinti Korporasiyasının baş direktoru Yuri Slyusar bir qədər əvvəl bəyan edib ki, Komsomolsk-Amurda bir mühərrikli Su-75 qırıcılarının yeni nümunələrinin istehsalına başlanılıb. Müəssisə qarşıdakı 15 il ərzində təxminən 300 belə təyyarə tədarük etməyi planlaşdırır. Təyyarələr Afrika, Hindistan və Vyetnama ixrac üçün nəzərdə tutulub.
© REUTERS / IMAD CREIDIRusiyanın beşinci nəsil “Su-75” ("Checkmate"- "şah və mat") təyyarəsi "Dubai Airshow 2021" beynəlxalq aerokosmik sərgisində
Российский истребитель пятого поколения Су-75 Checkmate, представленный на авиакосмическом салоне Dubai Airshow 2021 в Дубае - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Rusiyanın beşinci nəsil “Su-75” ("Checkmate"- "şah və mat") təyyarəsi "Dubai Airshow 2021" beynəlxalq aerokosmik sərgisində
Mütəxəssislərin fikrincə, yeni "Checkmate" gözəgörünməz təyyarələrinin istismar xərcləri məqbul həddədir və onlar xarici ölkələrdə Rusiyanın dördüncü nəsil “MiQ-29” qırıcılarını layiqincə əvəz edəcək.
Belə nikbinliyə kifayət qədər əsas var, "Rosoboroneksport" artıq Dubayda müxtəlif tipli uçan aparatlar üçün 2,5 milyard dollarlıq tədarük tələbi alıb ki, bu da kifayət qədər ciddi rəqəmdir. Hazırkı sifariş portfeli – 180 vahid vertolyot texnikası üçün – 4 milyard dollar həcmində qiymətləndirilir.

Zərifliyin və gücün ahəngi

"Dubai Airshow 2021" aviasalonunda Rusiya "Checkmate" yeni beşinci nəsil yüngül qırıcılarının tədarükü ilə bağlı Yaxın və Uzaq Şərq, Latın Amerikası ölkələri ilə müzakirələr aparıb. Yuri Slyusar onu da bildirib ki, təyyarə ilkin olaraq BƏƏ üçün işlənib-hazırlanıb. ABŞ-ın məsələyə əsəbi reaksiyası başa düşüləndir, ancaq “SU-75” potensial sifarişçilər üçün o qədər cəlbedicidir ki, amerikalıların buna mane olacağı ağlabatan görünmür.
Suriya təcrübəsi nəzərə alınmaqla layihələndirmə, süni intellekt, pilotlu və pilotsuz modifikasiya, radiolokatorlarda aşağı nəzərə çarpma xüsusiyyəti, 1500 kilometrlik döyüş radiusu, yüksək manevretmə qabiliyyəti, iki səs sürətinə bərabər qovlama, yüngül və orta qırıcılar üçün unikal yükqaldırma qabiliyyəti (7,4 ton, mühərrikin dartma gücü 16 ton) – istənilən düşmənə qarşı mübarizədə "şah və mat" vəd edir.
"Checkmate"-in arsenalına orta və qısa məsafəli "hava–hava" və "hava–yer" raketləri, idarə olunan və olunmayan bombaların geniş spektri və bir sıra başqa şeylər daxildir.
Qırıcı gizli tapşırıqları yerinə yetirərkən daxili bölmələrində beşə qədər uzaqmənzilli "hava-hava" raketlərini daşımağa qadirdir. “Su-75”-in gövdəsindəki radiolokasiya stansiyası altıya qədər hava hədəfinə hücum etməyə və 30-a qədər hədəfi izləməyə imkan verən aktiv fazalı antena şəbəkəsi ilə təchiz edilib.
© AFP 2024 / GIUSEPPE CACACERusiyanın beşinci nəsil “Su-75” ("Checkmate"- "şah və mat") təyyarəsi "Dubai Airshow 2021" beynəlxalq aerokosmik sərgisində
Российский истребитель пятого поколения Су-75 Checkmate, представленный на авиакосмическом салоне Dubai Airshow 2021 в Дубае - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Rusiyanın beşinci nəsil “Su-75” ("Checkmate"- "şah və mat") təyyarəsi "Dubai Airshow 2021" beynəlxalq aerokosmik sərgisində
Pilotsuz modifikasiya – sadəcə dəblə ayaqlaşmaq üçün deyil, “Su-75”-in şəbəkə mərkəzli hərbi əməliyyatlarda istifadəsi üçün taktiki texnikaların çeşidini genişləndirmək üçün ciddi zərurətdir. Qırıcı məlumat mübadiləsini, digər aviasiya komplekslərini yönləndirməyi və hədəflərə hücum etməyi mənimsəyir. Bütün bunlara baxmayaraq, "Checkmate"-in inanılmaz dərəcədə rəqabətədavamlı qiyməti var. Müqayisə üçün qeyd edək ki, 30 milyon dollara Amerikanın dördüncü nəsil “F-16” qırıcısının təxminən yarısını almaq olar. “Su-75”-in istehsalında maya dəyərinin azaldılmasına “Su-35” və “Su-57” qırıcıları ilə birləşdirilməsi hesabına nail olunub.

ABŞ üçün "ciddi zərbə"

Uçuş xüsusiyyətlərinin unikal uyğunluğu, döyüş qabiliyyəti və əlçatan qiymət Rusiyanın birmühərrikli “Su-75” qırıcısının beynəlxalq silah bazarını uğurla fəth etməsinə imkan verir. Əlbəttə ki, bu, 2026-cı ildən, təyyarələrin seriya istehsalına başlanıldıqdan sonra baş verəcək.
Avropada Rusiyanın "Checkmate" qırıcılarını artıq indidən "ABŞ üçün ciddi zərbə" adlandırıblar və "Su-75"-lərin Vaşinqtona baş ağrısı yaradacağını proqnozlaşdırıblar. Bundan sonra ABŞ Hərbi Hava Qüvvələrinin havada hökmranlığı kifayət qədər çətin tapşırığa çevrilir və onlar gələcək 40 il ərzində bu məsələni yenidən düşünməli olacaqlar.
Amerikanın "Military Watch Magazine" ixtisaslaşdırılmış nəşri Rusiyanın yeni “Su-75” qırıcılarını "incəsənət nümunəsi" adlandırıb və bu zaman heç də mübaliğəyə yol verməyib. Rusiyanın etibarlı və qüdrətli aviatexnikası ənənəvi olaraq bütün dünyada böyük tələblə qarşılanır.
Rusiya yalnız yüksək texnologiyalı silahlar ixrac etmir, istehsal, texniki xidmət, təmir sirlərini də bölüşür.
Hərbi-texniki əməkdaşlıq çərçivəsində RF istehsalı olan məhsulların sifarişinin ümumi həcmi bu gün 52 milyard dollara çatır. Qarşıdakı yeddi il ərzində Rusiya beynəlxalq bazara 50-yə qədər yeni silah növü, o cümlədən 20-dən çox təyyarə modeli və on hava hücumundan müdafiə sistemi çıxarmağı planlaşdırır.
Beləliklə, Moskva dinc yolla dünya PUA bazarının 10%-ni fəth etmək niyyətindədir. Bu fonda “Su-57” diqqətdən kənarda qalmayacaq, əksinə, Rusiyanın Müdafiə Sənayesi Kompleksinin vizit kartına çevrilərək, müdafiə qabiliyyətinə, sülhün möhkəmlənməsinə layiqincə xidmət edəcək.
Xəbər lenti
0