Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Şoyquya yeni müavin təyin edildi

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidSergey Şoyqu (sağda) və Gennadi Jidko, arxiv şəkli
Sergey Şoyqu (sağda) və Gennadi Jidko, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Gennadi Jidko Daşkənd Ali Hərbi Tank Məktəbini bitirib. 2001-ci ildə Rusiyanın Tacikistandakı 201-ci bazasına rəhbərlik edib.
BAKI, 17 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Gennadi Jidko müdafiə nazirinin müavini, Baş Hərbi-Siyasi İdarənin rəisi vəzifəsinə gətirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Müdafiə naziri Jidkonun məruzəsini qəbul etdikdən sonra onu təbrik edib:
"Gennadi Valeriyeviç, burada çox işiniz var. Təbrik edirəm, Moskvaya qayıdın. İşinizə müdafiə nazirinin müavini - Baş Hərbi-Siyasi İdarənin rəisi kimi başlayın", - deyə Şoyqu bildirib.
Gennadi Jidko 1965-ci ildə anadan olub. O, 1987-ci ildə Daşkənd Ali Hərbi Tank Məktəbini bitirib. 2001-ci ildə Rusiyanın Taciksitandakı 201-ci bazasına rəhbərlik edib.
Xəbər lenti
0