Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb

© Sputnik / Алексей Куденко / Mediabanka keçidЗдание Министерства иностранных дел РФ на Смоленской-Сенной площади в Москве
Здание Министерства иностранных дел РФ на Смоленской-Сенной площади в Москве - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Rusiya XİN-in sözçüsü bildirib ki, son hadisələr Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın vacibliyini göstərir.
BAKI, 17 noyabr - Sputnik.Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – o, deyib.
Zaxarovanın sözlərinə görə, Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Ermənistanla təmasdadır.
“Azərbaycanla Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün müvafiq addımlar atılmalıdır ki, hazırda Rusiya Prezidenti və aidiyyəti qurumlar bununla məşğuldur”, - deyə XİN sözçüsü bildirib.
O, Rusiyanın həyata keçirdiyi vasitəçilik missiyasının regionda sülhün bərqərar olmasına yönəldiyi də diqqətə çatdırıb:
“Tərəflərdən hər birinin öz mənafeyi var. Bunlardan bəziləri vəziyyətin inkişafına dair bizim rəyimizə ziddir, bəziləri isə uyğun gəlir. Hazırda vəziyyətin daha da gərginləşməməsi və dinc məcraya yönəlməsi üçün səy göstəririk”.
Xəbər lenti
0