Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur

© Photo : Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Bununla, Bakı metropoliteninin tarixində ilk dəfə istismarda olan tuneldə dəmir-beton bloklar ağac şpalları əvəz edəcək.
BAKI, 17 noyabr — Sputnik. Bakı metropoliteninin uzun illərdir istismar olunan tunel yollarında ilk dəfə dəmir-beton blokların quraşdırılmasına başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilir ki, avqust ayında “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidənqurma işlərinin tərkib hissəsi kimi “Xətai” stansiyası istiqamətindəki tunelin 481 metr hissəsində ağac şpalların sökülməsi başa çatıb. Yol yeni infrastrukturun qurulması üçün hazır vəziyyətə gətirilib.
Buna qədər dəmir-beton konstruksiyalar yalnız istismar olunan stansiya yollarında gödək ağac şpalları əvəz edib. Bu yenilik “Nərimanov” elektrik deposunun qatarlarının sınaq yolundan sonra “Xətai” stansiyasında, ardınca “Cəfər Cabbarlı” stansiyasının ancaq bir yolunda və nəhayət, “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda tətbiq edilib.
© Photo : Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
“Cəfər Cabbarlı-Xətai” mənzilində yeni tunel yolu qurulur - Sputnik Azərbaycan, 1920, 17.11.2021
“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
Onu da qeyd etmək yerinə düşər ki, ağac şpallar ölkə xaricindən gətirildiyi halda, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində ən müasir texnologiyalar əsasında qurulmuş sexdə hazırlanır və bu səbəbdən əsaslı maliyyə qənaətinə və iqtisadi səmərəyə nail olunur. Bundan savayı, metronun bütün yol şəbəkəsini təşkil edən ağac şpallara mütəmadi texniki qulluq böyük vəsait hesabına başa gəlir.
Dəmir-beton şpalların isə belə texniki qulluğa ehtiyacı yoxdur. Bəzi hallarda bütün bir yol hissəsində şpalları yeniləmək zərurəti yaranır. Tunel şəraitində hərəkəti dayandırmadan bu işi yerinə yetirmək mürəkkəb məsələdir. Həmçinin uzunömürlüyü 50 ildən az deyil və ekoloji cəhətdən daha sərfəlidir. Ağac şpalların ömrü isə 15-20 ildən artıq deyil, “Cəfər Cabbarlı-Xətai” mənzili kimi mürəkkəb hidrogeoloji şəraitdə isə bundan iki dəfə azdır.
Hazır vəziyyətə gətirilmiş 481 metrlik tunel hissəsində işlər mərhələli şəkildə aparılır. Yeni yol infrastrukturunun qurulması tunel dərinliyindən stansiya yoluna doğru olmaqla təşkil edilib. Texnoloji prosesə uyğun olaraq, birinci mərhələdə təmas relsi, yol relsi sökülüb və yol betonu dağıdılaraq şpallar çıxarılıb. Sərt özül yolun profilinin tələb etdiyi yerlərdə dağıdılaraq yeni özülün betonun əlavə edilməsi üçün hazırlanıb.
© Photo : Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
“Cəfər Cabbarlı-Xətai” mənzilində yeni tunel yolu qurulur - Sputnik Azərbaycan, 1920, 17.11.2021
“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
Birinci mərhələ çərçivəsində çəkiləcək yeni yolun beton məhlulunun verilməsi üçün yerlər təyin edilib. Bu məqsədlə ötürmə kanalları müəyyən edilib, konstruksiyalar qurulub. Onu da əlavə edək ki, bu mürəkkəb tədbir beton məhlulun verilməsi zamanı texnoloji proseslərə düzgün əməl olunması, itkiyə yol verilməməsi üçün vacibdir.
İkinci mərhələ böyük məsuliyyət və peşəkar yanaşma, diaqnostik dəqiqlik tələb edir. Bu səbəbdən yol yatağının, konstruksiyaların hündürlüyü, əndazə tələbləri, dəmir-beton blokların səviyyəsi və digər əhəmiyyətli məsələlər müntəzəm nəzarət altında saxlanılaraq, ölçmələr və dəqiqləşdirmə işləri daimi olaraq aparılır.
Özül beton normativlərə uyğun gəldikdən sonra, dəmir-beton bloklar üçün konstruksiya qurulur. Blokların düzülməsi ilə növbəti yoxlama tədbirləri aparılaraq betonlamağa başlanılır. Bu qayda ilə stansiya yoluna qədər sökülmüş hissələrdə işlər davam etdiriləcək.
© Photo : Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
“Cəfər Cabbarlı-Xətai” mənzilində yeni tunel yolu qurulur - Sputnik Azərbaycan, 1920, 17.11.2021
“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
Yeni yol yatağının müvafiq normalar çərçivəsində möhkəmlənərək qurulmasından sonra yollarda yoxlama-nəzarət işləri aparılacaq. Yeni müasir tipli üst-quruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə yeni yol infrastrukturu qurulacaq. Bu işlər diaqnostik müayinələr və sınaq işləri ilə tamamlanacaq.
Bununla, Bakı metropoliteninin tarixində ilk dəfə istismarda olan tuneldə dəmir-beton bloklar ağac şpalları əvəz edəcək. Yeniləşmə daha sonra “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolunun 155 metr hissəsində davam etdiriləcək.
Xəbər lenti
0