https://sputnik.az/20211115/soyqu-ve-akar-regiondaki-veziyyeti-muzakire-edibler-435211460.html
Rusiya və Türkiyənin müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə etdilər
Rusiya və Türkiyənin müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə etdilər
Sputnik Azərbaycan
Tərəflər Suriyadakı vəziyyətə müzakirə etməklə yanaşı, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı da ikitərəfli və regional aspektdə fikir mübadiləsi... 15.11.2021, Sputnik Azərbaycan
2021-11-15T19:19+0400
2021-11-15T19:19+0400
2021-11-15T19:20+0400
rusiya
rusiya
hulusi akar
rusiyanın müdafiə naziri sergey şoyqu
sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425450532_0:0:2770:1558_1920x0_80_0_0_906be6071f68df075dd546660eb1efb6.jpg
BAKI, 15 noyabr — Sputnik. Bu gün Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu ilə Hulusi Akar arasında telefon danışığı olub. Bu barədə RİA Novosti Türkiyənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb."Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Tərəflər Suriyadakı vəziyyətə müzakirə etməklə yanaşı, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı da ikitərəfli və regional aspektdə fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilir.Sərhəddə növbəti gərginlikQeyd edək ki, son günlər Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.Bundan əvvəl də Laçın, Kəlbəcər rayonlarındakı mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulmuş, Şuşa yaxınlığında ermənilər tərəfindən terror aktı törədilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425450532_28:0:2759:2048_1920x0_80_0_0_dfd1ddbdfde37f6f56fd1089324f805a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, hulusi akar, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu
rusiya, hulusi akar, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu
Rusiya və Türkiyənin müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə etdilər
19:19 15.11.2021 (Yenilənib: 19:20 15.11.2021) Tərəflər Suriyadakı vəziyyətə müzakirə etməklə yanaşı, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı da ikitərəfli və regional aspektdə fikir mübadiləsi aparıblar.
BAKI, 15 noyabr — Sputnik. Bu gün Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu ilə Hulusi Akar arasında telefon danışığı olub. Bu barədə RİA Novosti Türkiyənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
"Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Tərəflər Suriyadakı vəziyyətə müzakirə etməklə yanaşı, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı da ikitərəfli və regional aspektdə fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilir.
Sərhəddə növbəti gərginlik
Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
Bundan əvvəl də Laçın, Kəlbəcər rayonlarındakı mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulmuş, Şuşa yaxınlığında ermənilər tərəfindən terror aktı törədilmişdi.