QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ankara Azərbaycanda olan türk hərbçilərlə bağlı mühüm qərar verdi

© Sputnik / Murad OrujovAğdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə TBMM-də müzakirə olunub və təsdiqlənib.
BAKI, 11 noyabr - Sputnik. Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) məsələ ilə bağlı qərarı "Resmi Gazete"də dərc olunub.
Qeyd edək ki, noyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə TBMM-də müzakirə olunub və təsdiqlənib.
Məlumata əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha 1 il uzadılıb.
10.11.21, 21:41
Türkiyə Böyük Millət Məclisi (parlament) Türkiyə ordusunun Azərbaycanda qalma mandatının uzadılmasını təsdiq edib.
Sputnik Azərbaycan bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə TBMM-də müzakirə olunub və təsdiqlənib.
Məlumata əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha 1 il uzadılıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.
Xəbər lenti
0