Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Əlcəzair birgə hərbi dəniz təlimlərinə başlayıblar

© AFP 2023 / HO/IIPA/EBRAHIM NOROOZIВМС Ирана, фото из архива
ВМС Ирана, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Bu təlimi keçirməkdə məqsəd iki ölkənin hərbi-dəniz qüvvələrinin birgə hərəkətlərini təcrübədən keçirmək, regionda təhlükəsizliyi gücləndirməkdir.
BAKI, 13 noyabr - Sputnik. Rusiya Əlcəzairlə birgə dəniz təlimlərinə başlayıb.
Rusiya noyabrın 20-dək davam edəcək birgə hərbi dəniz təlimləri üçün "Kalibr" qanadlı raketləri ilə təchiz edilmiş "Admiral Qriqoroviç" freqatı və yeni "Dmitri Roqaçev" patrul gəmisini göndərib.
Əlcəzair Hərbi Dəniz Qüvvələrinin “Harrad” freqatı, “La Summam” təlim gəmisi, “El Munjid” xilasetmə gəmisi, patrul təyyarəsi və axtarış-xilasetmə helikopteri təlimdə iştirak edir.
Bu təlimi keçirməkdə məqsəd iki ölkənin hərbi-dəniz qüvvələrinin birgə hərəkətlərini təcrübədən keçirmək, regionda təhlükəsizliyi gücləndirməkdir.
Dəniz təlimlərinə Əlcəzair Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Bölgəsinin komandanı, kontr-admiral Qaid Nordin və Qara Dəniz Donanmasının Novorossiysk Hərbi Dəniz Bazasının komandiri, kontr-admiral Viktor Koçemazov rəhbərlik edir.
Xəbər lenti
0