QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni terrorçu hərbçilərimizin üstünə qumbara atıb: Şuşa-Laçın yolu bağlanıb

© REUTERS / STRINGERAzərbaycan hərbçiləri Şuşada
Azərbaycan hərbçiləri Şuşada - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Erməninin törətdiyi terror hadisəsi bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
BAKI, 13 noyabr — Sputnik. Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.
Sputnik Azərbaycan "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Terror aktı nəticəsində üç azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.
Terror aktının noyabrın 8-i çilingər qılığında təxribat törətməyə çalışarkən öldürülən diversantın qardaşı Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri tərəfindən törədildiyi bildirilir.
Ermənistan KİV-i isə baş verən insidentə bağlı Şuşa-Laçın yolunun bağlanması barədə məlumat yayıb.
Xəbər lenti
0