Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda toya gedən koronavirus xəstəsi aşkarlanıb

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi  - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Paytaxt sakini qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb.
BAKI, 13 noyabr — Sputnik. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin Bülbülə qəsəbəsində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb.
DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Samir İsmixanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
S.İsmixanov barəsində Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Həmçinin oxuyun:
COVID-19 pasportu olmadığına görə 999 nəfər şənliyə buraxılmayıb
Xəbər lenti
0