Tanımadığımız Dostoyevski: acıdil satirik və detektivlər müəllifi
© Sputnik"Cinayət və cəza" filminin çəkilişlərində Soneçka rolunda Tatyana Bedova (solda) və Raskolnikov rolunda Georgi Taratorkin (sağda)
© Sputnik
Abunə olmaq
Fyodr Mixayloviç haqqında yeni söz demək çətindir: onun yaradıcılığının bütün fəlsəfi qatları ədəbiyyat tənqidçiləri tərəfindən tamamilə açılıb. Ancaq klassikin irsinin belletristik və bəzən də satirik tərəfləri peşəkər araşdırmalardan kənarda qalıb.
Pavel Surkov, RİA Novosti
Bu günlərdə bütün dünya məşhur rus yazıçısı Dostoyevskinin 200 illik yubileyini qeyd edir. Fyodr Mixayloviç bu gün hər zamankından daha aktualdır. Özü də artıq cəmiyyətə mənəvi dəyərlər aşılayan yazıçıdan çox XIX əsrin kəskin qələmli satiriki və əsas detektiv yazarı kimi.
Ədəbiyyatşünaslar və publisistlər Dostoyevskinin obrazını açmağa çalışarkən çox vaxt diqqəti onun yaradıcılığının mənəvi və sosial aspektlərinə yönəldirlər. Və bu məqamda artıq yeni söz demək çətindir: Dostoyevski yaradıcılığının bütün fəlsəfi qatları ədəbiyyat tənqidçiləri tərəfindən tamamilə açılıb. Ancaq onun yaradıcılığının belletristik və bəzən də satirik tərəfləri peşəkər araşdırmalardan kənarda qalıb. Halbuki Dostoyevski fenomeninin və elə yazıçının bütün dünyada bu qədər məşhur olmasının (ən çox tərcümə olunan və oxunan rus yazıçılarından biridir) da əsasında hər şeydən çox onun fabulası, süjet xətti dayanır.
Fyodr Dostoyevski özü də romanları üçün günü bu gün belə çox populyar olan ədəbiyyat formalarından birini seçərkən bunu gözəl başa düşürdü. Axı mahiyyət etibarı ilə onun əsərlərinin çoxu cəlbedici süjet xəttinə malik detektivlərdir. Məsələn, "Cinayət və cəza" – sadəcə detektiv deyil, istintaq və peşmanlıqla bağlı hekayə, vəziyyətə cinayətkarın gözü ilə baxmaq imkanıdır: müəllif faktiki olaraq bizə onun düşüncələrinin, şüurunun içinə girmə fürsəti verir. Və bu, Aqata Kristinin cinayət törətmiş insanın dilindən yazılmış ilk detektiv əsər hesab olunan "Rocer Ekroydun qətli"nin ortaya çıxmasından çox-çox əvvəl idi. Üstəlik, Dostoyevski elə bir obraz yaradır ki, biz yalnız Raskolnikovun cinayət motivini başa düşməklə qalmır, onun daxili dünyasını özümüzə yaxın hiss etməyə başlayırıq.
© SputnikAktyor Georgi Taratorkin Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanı əsasında çəkilən eyniadlı filmdə
Aktyor Georgi Taratorkin Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanı əsasında çəkilən eyniadlı filmdə
© Sputnik
Başqa romanlarında da belədir: "İdiot" – Roqojinin cinayətə addım-addım necə yaxınlaşdığının, hadisələrin inkişafının onu geri dönülməz nöqtəyə necə aparıb çıxardığının şahidi olduğumuz detektiv əsəridir. "Cinlər" – terror özəyi barədə qeyri-adi hekayədir. "Karamazov qardaşları" – qəhrəmanlarından hər birinin atasını öldürmək üçün səbəbi, motivi olan, mükəmməl şəkildə işlənmiş məhkəmə detektividir.
Təbii ki, əgər əsərin əxlaqi-fəlsəfi tərəfləri süjetin kölgəsində qalarsa, təcrübəli ədəbiyyatşünas belə ədəbiyyat nümunəsini səthi olmaqda günahlandıra bilər.
Ancaq oxucu ilk növbədə süjet xəttini izləyir, müəllifin düşüncə dərinliyi onun üçün tədricən açılır. Dostoyevskinin süjet yaradıcısı kimi ustalığı isə qətiyyən şübhə doğurmur.
© Sputnik / Селимханов
"Fyodor Dostoyevski" əsərinin reporduksiyası. Rəssam İlya Qlazunov, 1961-ci il.
"Fyodor Dostoyevski" əsərinin reporduksiyası. Rəssam İlya Qlazunov, 1961-ci il.
© Sputnik / Селимханов
O, özü də bunu gözəl başa düşürdü və zaman-zaman əsərlərində rəqiblərindən bu yolla hayıfını çıxmaq istəyirdi. Bax elə bu zaman bizim tanımadığımız Dostoyevski, dərinliyindən heç bir şey itirməyən iti dilli satirik ortaya çıxır.
Məsələn, elə həm kədərli, həm də gülməli "Timsah" hekayəsini götürək. Kiçik məmur heyvanxanaya gedir, orada timsahı qəzəbləndirir, o isə məmuru udur. Nəticədə əsərin qəhrəmanı heyvanın qarnından qışqıraraq deyir ki, orada yeri çox rahat və istidir.
Rəhbərlik hər şeydən şübhələnir: yaxşı, Allah eləməsin, birdən o hansısa liberal meyillərdən qaçaraq timsahın qarnında gizlənibsə, onda necə? Bu hər şeydən narazı, arıq, gözlüklü məmurun timsalında müasirləri, əlbəttə ki, Çernişevskini dərhal tanıya bilmişdilər. Halbuki Dostoyevski "Yazıçının gündəliyində" bu ittihamlardan özünü müdafiə edərək israrla konkret heç kimi nəzərdə tutmadığını bəyan edir.
© Sputnik / ШварцманNikolay Qavriloviç Çernışevski (1828-1889) - rusiyalı inqilabçı, yazıçı, iqtisadçı, mütəffəkir və filosof. 1871-cilin şəkli.
Nikolay Qavriloviç Çernışevski (1828-1889) - rusiyalı inqilabçı, yazıçı, iqtisadçı, mütəffəkir və filosof. 1871-cilin şəkli.
© Sputnik / Шварцман
Və bu məqamda klassikə inanmaq lazımdır – əlbəttə, bu konkret Çernişevskinin deyil, real dünya ilə bağlı təsəvvürlərdən məhrum xırda Qərb tərəfdarları olan çernişevskilərin ümumi obrazıdır. Buna görə də, onlara timsahın qarnında yaşamaq xoşdur.
Nəticədə o, istənilən canlı ilə başa çıxa, hətta timsahın qarnından tamamilə sağ-salamat qurtula bilər. Və yenə də hamını inandırmağa başlayar ki, hər şeyin əslində necə qurulacağını bilir.
Yuri Tınyanov Dostoyevskinin "Dostlarla yazışmalardan seçilmiş hissələr"ində Qoqola parodiyanın izlərinə də rast gəlmişdi. O, Dostoyevskinin bu dahi sələfinin obrazını Foma Opiskində görürdü.
© Sputnik / РИА НовостиRusiyalı aktyor Mixail Aleksandroviç Çexov (1891 - 1955) F.Dostoyevskinin "Stepançikovo kəndi" əsəri əsasında qoyulan tamaşada Foma Opiskin rolunda. Latviya Milli teatrı. Riqa. 1933-cü il.
Rusiyalı aktyor Mixail Aleksandroviç Çexov (1891 - 1955) F.Dostoyevskinin "Stepançikovo kəndi" əsəri əsasında qoyulan tamaşada Foma Opiskin rolunda. Latviya Milli teatrı. Riqa. 1933-cü il.
© Sputnik / РИА Новости
"Kollektiv mənəviyyatçısı" - Dostoyevskinin tənqid etdiyi daha bir obrazdır. Bəzilərinin onda Qoqolun son dövrlərinin cizgilərini görməsinin isə heç bir əsası yoxdur.
Və yaxud "Cinlər"dəki yazıçı Karamazinov obrazını götürək – burada birbaşa satira var. Maraqlıdır ki, çoxları bu əsərin qəhrəmanının timsalında Dostoyevski ilə qəliz münasibəti olan İvan Turgenevi görür.
© SputnikYazıçı İvan Serqeyeviç Turqenevin portretinin reproduksiyası. Rəssam Nikolay Nikaleyviç Ge.
Yazıçı İvan Serqeyeviç Turqenevin portretinin reproduksiyası. Rəssam Nikolay Nikaleyviç Ge.
© Sputnik
Zahirən onlar özlərini tamamilə normal aparırdılar (Hətta Turgenev bir vaxtlar qumarda uduzan Dostoyevskiyə borc pul da vemiş, Fyodr Mixayloviç isə borcunu bir xeyli gec qaytarmışdı). Sonra yazıçılar öz əsərlərində bir-birini sancmağa başladılar: gah Turgenev Dostoyevskiyə epiqram yazır, gah da Dostoyevski "Tüstü" buraxırdı. Ancaq "Cinləri" oxuyan Turgenev bərk əsəbləşir, çünki Karamazinovun timsalında özünü görür. Və bundan sonra artıq onların formal şəkildə belə olsa, barışmasından söhbət gedə bilməzdi, hərçənd, Dostoyevski bir neçə dəfə onunla münasibətlərini qaydaya salmağa cəhd göstərmişdi.
Və Fyodr Dostoyevskinin bioqrafiyasının "təmtəraqlı" araşdırmalarda toxunulmayan bütün elementləri bizə klassikin daha dərin və parlaq obrazını açıb göstərir. Burada o, mənəvi dəyərlərin aşılayıcısı kimi deyil, inanılmaz süjet yaratmaq gücünə malik qeyri-iradi, parlaq, kəskin dialoqa hazır yazıçı kimi təqdim olunur.
Və elə bir çox müasirinə yazıçının bir qədər anlaşılmaz, naqolay, mübahisəli təsir bağışlaması onun köhnəlməyən aktuallığından xəbər verir. Deməli, onun yaradıcılığında hələ də öz tədqiqatçılarını, oxucu diqqətini və əlbəttə ki, anlayışını gözləyən açılmamış qatlar var.
Bizim Dostoyevskidə kəşf edəcəyimiz və hətta onunla mübahisəyə girəcəyimiz çox şey var. Ən azından o özü həmişə belə mübahisələrə hazır olub və tənqid hücumlarından qorxub çəkinməyib. Üstəlik, bütün bunları öz əsərlərində təsvir etməyi bacarıb. Nə demək olar, mahir süjet ustasından gözlənilən də elə budur!