https://sputnik.az/20211111/rusiya-sefiri-antonov-qara-denizdeki-veziyyetin-gerginlesmesine-munasibet-bildirib-435083896.html
Rusiya səfiri Antonov Qara dənizdəki vəziyyətin gərginləşməsinə münasibət bildirib
Rusiya səfiri Antonov Qara dənizdəki vəziyyətin gərginləşməsinə münasibət bildirib
Sputnik Azərbaycan
BAKI, 11 noyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, NATO-nun Qara dənizdəki hərəkətləri vaxt və güc itkisdir, həmçinin Rusiya... 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T14:43+0400
2021-11-11T14:43+0400
2021-11-11T14:43+0400
səfir
rusiya
abş
hərbi dəniz qüvvələri
nato
qara dəniz
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/09/435032124_438:0:2287:1040_1920x0_80_0_0_b83689a031806ce796187cf7226243ee.jpg
BAKI, 11 noyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, NATO-nun Qara dənizdəki hərəkətləri vaxt və güc itkisdir, həmçinin Rusiya ordusunun və donanmasının möhkəmliyinin sınağıdır."Vaşinqtonda bugünkü görüşün Qara dəniz akvatoriyasında vəziyyətin kəskin gərginləşməsi fonunda keçirilməsi narahatedicidir. NATO-nun hərbi-dəniz və hərbi-hava qüvvələri ordumuzu və donanmamızı möhkəmlik baxımından sınaqdan keçirir. Bu, vaxt və güc itkisidir", - deyə Antonov bu barədə səfirliyin Facebook səhifəsində qeyd edib.Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) altıncı donanması "Mount Whitney" flaqman komanda gəmisinin NATO qüvvələri ilə birgə əməliyyatlar aparmaq üçün Qara dənizə yönəldiyini bildirib. Bazar ertəsi "Mount Whitney" və "Porter" Gürcüstanın Batumi limanına daxil olublar. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ HDQ-nin Qara dənizdəki hərəkətləri sabitliyi pozan amildir, məqsədlərdən biri də Ukrayna ərazisini hərbi mənimsəməkdir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/09/435032124_669:0:2056:1040_1920x0_80_0_0_088fdeb3bed1209137d0d2bf60bcc44d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir, abş, hərbi dəniz qüvvələri, nato, qara dəniz
səfir, abş, hərbi dəniz qüvvələri, nato, qara dəniz
Rusiya səfiri Antonov Qara dənizdəki vəziyyətin gərginləşməsinə münasibət bildirib
BAKI, 11 noyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, NATO-nun Qara dənizdəki hərəkətləri vaxt və güc itkisdir, həmçinin Rusiya ordusunun və donanmasının möhkəmliyinin sınağıdır.
"Vaşinqtonda bugünkü görüşün Qara dəniz akvatoriyasında vəziyyətin kəskin gərginləşməsi fonunda keçirilməsi narahatedicidir. NATO-nun hərbi-dəniz və hərbi-hava qüvvələri ordumuzu və donanmamızı möhkəmlik baxımından sınaqdan keçirir. Bu, vaxt və güc itkisidir", - deyə Antonov bu barədə səfirliyin Facebook səhifəsində qeyd edib.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) altıncı donanması "Mount Whitney" flaqman komanda gəmisinin NATO qüvvələri ilə birgə əməliyyatlar aparmaq üçün Qara dənizə yönəldiyini bildirib. Bazar ertəsi "Mount Whitney" və "Porter" Gürcüstanın Batumi limanına daxil olublar. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ HDQ-nin Qara dənizdəki hərəkətləri sabitliyi pozan amildir, məqsədlərdən biri də Ukrayna ərazisini hərbi mənimsəməkdir.