https://sputnik.az/20211111/bakidaki-sehidler-xiyabaninda-namelum-sehid-mezarlari-acilib-435079088.html
Bakıdakı Şəhidlər xiyabanında naməlum şəhid məzarları açılıb
Bakıdakı Şəhidlər xiyabanında naməlum şəhid məzarları açılıb
Sputnik Azərbaycan
Birinci Şəhidlər xiyabanında dəfn edilən 23 və ikinci Şəhidlər xiyabanında isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb. 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T11:50+0400
2021-11-11T11:50+0400
2021-11-11T11:50+0400
şəhidlər xiyabanı
paytaxt xəbərləri
hövsan
suraxanı
hərbi prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426007413_0:0:1280:721_1920x0_80_0_0_1acfa4762f106cde797a7a7b2818826d.jpg
BAKI, 11 noyabr — Sputnik. Bu gün sosial şəbəkədə Bakı şəhərindəki Şəhidlər xiyabanında bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti tresti məlumat verib.Məlumatda qeyd olunub ki, Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında Birinci Şəhidlər xiyabanında dəfn edilən 23 və ikinci Şəhidlər xiyabanında isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb.Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib: "Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyitlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcək. Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir".Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri ləri Hövsan - Dədə Qorqud şəhidliyində bu gün çəkdikləri şəkli paylaşıblar. Onların verdiyi məlumata görə, külək orada iki şəhidin baş daşını aşırıb. Suraxanı rayon icra hakimiyyəti xeyli əvvəl şəhid məzarlarının ətrafını bağlamağı və üstünü örtməyi vəd etsə də, bu işi görməyib. Nəticədə çox küləkli olan həmin ərazidəki şəhid məzarları belə xoşagəlməz hala düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426007413_129:0:1266:853_1920x0_80_0_0_9106031a69a94d9436fe175e41f31dd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şəhidlər xiyabanı, hövsan, suraxanı, hərbi prokurorluq
şəhidlər xiyabanı, hövsan, suraxanı, hərbi prokurorluq
Bakıdakı Şəhidlər xiyabanında naməlum şəhid məzarları açılıb
Birinci Şəhidlər xiyabanında dəfn edilən 23 və ikinci Şəhidlər xiyabanında isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb.
BAKI, 11 noyabr — Sputnik. Bu gün sosial şəbəkədə Bakı şəhərindəki Şəhidlər xiyabanında bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti tresti məlumat verib.
Məlumatda qeyd olunub ki, Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında Birinci Şəhidlər xiyabanında dəfn edilən 23 və ikinci Şəhidlər xiyabanında isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb.
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib:
"Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyitlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcək. Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir".
Qeyd edək ki,
sosial şəbəkə istifadəçiləri ləri Hövsan - Dədə Qorqud şəhidliyində bu gün çəkdikləri şəkli paylaşıblar. Onların verdiyi məlumata görə, külək orada iki şəhidin baş daşını aşırıb. Suraxanı rayon icra hakimiyyəti xeyli əvvəl şəhid məzarlarının ətrafını bağlamağı və üstünü örtməyi vəd etsə də, bu işi görməyib. Nəticədə çox küləkli olan həmin ərazidəki şəhid məzarları belə xoşagəlməz hala düşüb.