https://sputnik.az/20211110/ssr-nin-kecmis-erazisinde-sabitliyin-desteklenmesi-vacibdir---sergey-soyqu--435048820.html
"SSRİ-nin keçmiş ərazisində sabitliyin dəstəklənməsi vacibdir" - Sergey Şoyqu
"SSRİ-nin keçmiş ərazisində sabitliyin dəstəklənməsi vacibdir" - Sergey Şoyqu
Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən... 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T13:16+0400
2021-11-10T13:16+0400
2021-11-10T13:16+0400
rusiya
müdafiə nazirliyi
iclas
mdb
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_0:0:3071:1728_1920x0_80_0_0_924eb10d44ca8b12b4e7b0dba68774ac.jpg
BAKI, 10 noyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.İclas zamanı çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu təşkilatın 30 illiyi ərəfəsində görüşün keçirilməsinin simvolik olduğunu bildirib.Rusiya müdafiə naziri bildirib ki, nazirlər şurası formatı tərəfdaşlıq spektrını genişləndirməyə və MDB-nin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları istiqamətində səmərəli qərarlar qəbul etməyə imkan verir.Sergey Şoyqu, o cümlədən SSRİ-nin keçmiş ərazisində sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıb: "Əminəm ki, Şuranın bugünkü iclası konstruktiv atmosferdə keçəcək və onun nəticələri dövlətlərimizdə sülhün və sabitliyin qorunmasına töhfə verəcəkdir".Qeyd edək ki, Rusiyada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclası keçirilir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu toplantıya qatılmaq üçün Moskva şəhərinə yola düşüb.Müdafiə nazirləri Şurasının iclasında MDB ölkələri arasında hərbi sahədə əməkdaşlıq və hərbi təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_340:0:3071:2048_1920x0_80_0_0_462f91e452892276b4d90af48aa65746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, iclas, mdb
müdafiə nazirliyi, iclas, mdb
"SSRİ-nin keçmiş ərazisində sabitliyin dəstəklənməsi vacibdir" - Sergey Şoyqu
BAKI, 10 noyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb. Bu barədə
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
İclas zamanı çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu təşkilatın 30 illiyi ərəfəsində görüşün keçirilməsinin simvolik olduğunu bildirib.
Rusiya müdafiə naziri bildirib ki, nazirlər şurası formatı tərəfdaşlıq spektrını genişləndirməyə və MDB-nin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları istiqamətində səmərəli qərarlar qəbul etməyə imkan verir.
Sergey Şoyqu, o cümlədən SSRİ-nin keçmiş ərazisində sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıb: "Əminəm ki, Şuranın bugünkü iclası konstruktiv atmosferdə keçəcək və onun nəticələri dövlətlərimizdə sülhün və sabitliyin qorunmasına töhfə verəcəkdir".
Qeyd edək ki, Rusiyada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclası keçirilir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu toplantıya qatılmaq üçün Moskva şəhərinə yola düşüb.
Müdafiə nazirləri Şurasının iclasında MDB ölkələri arasında hərbi sahədə əməkdaşlıq və hərbi təhlükəsizlik məsələləri müzakirə ediləcək.