Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Bayden nə vaxt görüşəcəklər?

© © Alexander Zemlianichenko/Pool via REUTERSRusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Liderlərin görüşünün əhəmiyyətli olduğunu qəbul edirlər, ancaq bunun üçün konkret zaman müəyyənləşdirilməyib.
BAKI, 10 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden gələn ilin əvvəlində görüşə bilərlər. Sputnik Azərbaycan bu barədə "Kommersant"a istinadən xəbər verir.
Qeyd olunub ki, bu ilin sonuna qədər prezidentlərin videoformatda görüşünün təşkil olunacağı ehtimal edilir.
Ötən gün Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da liderlərin görüşünün əhəmiyyətli olduğunu qəbul etdiklərini, ancaq bunun üçün konkret zamanın müəyyənləşdirilmədiyini açıqlamışdı.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər. Eyni zamanda Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını da açıqlamışdılar.
Xəbər lenti
0