Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ kibercinayətkarlıqla mübarizə çərçivəsində dialoq aparır

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
İki ölkənin xüsusi xidmət orqanları bir-birinin fəaliyyətinə qarışa bilməz, sadəcə olaraq onlar aldıqları sorğuları müzakirə edib və lazım gələrsə, konkret vəziyyəti öyrənirlər.
BAKI, 9 noyabr — Sputnik. Rusiya və ABŞ kibercinayətkarlıqla bağlı dialoqu davam etdirir və artıq kibercinayətkarlığın hər hansı təzahürlərinin yolverilməz olduğu barədə yekdil rəy bildiriblər.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Cenevrə sammitində əldə olunmuş razılaşmalardan irəli gələrək kibercinayətkarlıqla bağlı hər iki ölkənin aidiyyəti qurumları tərəfindən ikitərəfli məsləhətləşmələr mexanizmi işə salınıb:
"Konkret hallarda ABŞ tərəfindən bizə sorğular, bizdən də ABŞ tərəfinə oxşar sorğular göndərilir. Aidiyyəti qurumlar kibercinayətkarlıqla mübarizə problemi ilə bağlı bu dialoqda iştirak edirlər. İki ölkənin xüsusi xidmət orqanları bir-birinin fəaliyyətinə qarışa bilməz, sadəcə olaraq onlar aldıqları sorğuları müzakirə edib və lazım gələrsə, konkret vəziyyəti öyrənirlər. Təbii ki, bu əməkdaşlıq sahəsi ictimai ola bilməz".
Həmçinin oxuyun:
Bunlar dünya üçün təhdiddir – Putin siyahını açıqladı
Xəbər lenti
0