Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Lənkəranda quldurluq edib, Bakıda gizlənib: Polis aman vermədi

© Sputnik / Murad OrujovHəbs, arxiv şəkli
Həbs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Həmin şəxs oktyabr ayının 1-də gecə saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub və quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşıb.
BAKI, 9 noyabr — Sputnik. Lənkəranda quldurluq edərək paytaxt ərazisində gizlənən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında iki yanacaqdoldurma məntəqəsinə daxil olaraq quldurluq əməli törətməkdə şübhəli bilinən rayonun Daşdatük kənd sakini Tərlan Şəfəqqətov müəyyən edilərək saxlanılıb.
Belə ki, həmin şəxs oktyabr ayının 1-də gecə saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub və quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşıb.
Bundan bir neçə gün sonra T.Şəfəqqətov gecə saatlarında Lənkəran rayonu ərazisində yerləşən digər bir yanacaqdoldurma məntəqəsinə daxil olub. Həmin obyektdə operator kimi çalışan şəxsdən pul tələb etdikdən sonra bıçaqla ona xəsarətlər yetirib.
Quldurluq faktlarını törətmiş şəxsin şəxsiyyətinin müəyyən olunması və tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsindəki ünvanda saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0