https://sputnik.az/20211109/azerbaycanin-zefer-gunu-moskvada-qeyd-olundu-435020552.html
Azərbaycanın Zəfər Günü Moskvada qeyd olundu
Azərbaycanın Zəfər Günü Moskvada qeyd olundu
Sputnik Azərbaycan
Səfir Pold Bülbüloğlu deyib ki, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Şuşada gördükdə ürəyi riqqətə gəlib. Əslən Qarabağdan... 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T11:12+0400
2021-11-09T11:12+0400
2021-11-09T11:12+0400
rusiya
prezident ilham əliyev
polad bülbüloğlu
mehriban əliyeva
birinci xanım mehriban əliyeva
https://cdnn1.img.sputnik.az/img/41300/39/413003948_0:110:2129:1308_1920x0_80_0_0_047e2ae01326816b7f0537e09df80145.jpg
BAKI, 9 noyabr - Sputnik. Azərbaycanın Moskvadakı səfirliyində 44 günlük müharibədə qazanılan Zəfərin ildönümü qeyd olunub.Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə İkinci Qarabağ müharibəsinin hadisələrini əks etdirən fotosərgi nümayiş edilib.Zəfərin ildönümünə həsr olunan bayram tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən danışıb: Səfir şəhid ailələrinə baş sağlığı verib və qazilərə şəfa diləyib: “Biz müharibədə qələbəni əsgərlərimizin canı bahasına qazandıq. Düşmən torpaqlarımızdan qovuldu, Şuşa geri qaytarıldı. Qarabağ Azərbaycandır! Bizim təsəllimiz bundadır”.Polad Bülbüloğlu həmçinin azad edilən ərazilərdə aparılan bərpa işləri haqqında da danışıb. O, qısa müddət ərzində Füzulidə Beynəlxalq Hava Limanının tikilməsini, həmçinin Zəfər yolunun çəkilməsini qeyd edib.Polad Bülbüloğlu Qarabağ məsələsində göstərdikləri daimi dəstəyə görə Türkiyə, İsrail və Pakistan səfirlərinə xüsusi minnətdarlığını bildirib.Tədbirdə həmçinin Milli Məclisin deputatları, Türkiyə, İsrail, Pakistan və Qazaxıstanın Moskvadakı səfirləri, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41300/39/413003948_120:0:2009:1417_1920x0_80_0_0_1b6a2f6369fe24d322fb0d435fa5bb38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, polad bülbüloğlu, mehriban əliyeva, birinci xanım mehriban əliyeva
prezident ilham əliyev, polad bülbüloğlu, mehriban əliyeva, birinci xanım mehriban əliyeva
Azərbaycanın Zəfər Günü Moskvada qeyd olundu
Səfir Pold Bülbüloğlu deyib ki, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Şuşada gördükdə ürəyi riqqətə gəlib. Əslən Qarabağdan olan biri kimi buna çox şaddır.
BAKI, 9 noyabr - Sputnik. Azərbaycanın Moskvadakı səfirliyində 44 günlük müharibədə qazanılan Zəfərin ildönümü qeyd olunub.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə İkinci Qarabağ müharibəsinin hadisələrini əks etdirən fotosərgi nümayiş edilib.
Zəfərin ildönümünə həsr olunan bayram tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən danışıb:
“Cənab Prezidentin Şuşada əsgərlər qarşısında çıxışını dinlədik. Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Şuşada gördükdə ürəyim riqqətə gəldi və buna görə onlara minnətdarlığımı bildirirəm. Əslən Qarabağdan olan biri kimi buna çox şadam. Nəhayət ki, biz bu günü görə bildik. Zəfər çox dərin bir sözdür”.
Səfir şəhid ailələrinə baş sağlığı verib və qazilərə şəfa diləyib: “Biz müharibədə qələbəni əsgərlərimizin canı bahasına qazandıq. Düşmən torpaqlarımızdan qovuldu, Şuşa geri qaytarıldı. Qarabağ Azərbaycandır! Bizim təsəllimiz bundadır”.
Polad Bülbüloğlu həmçinin azad edilən ərazilərdə aparılan bərpa işləri haqqında da danışıb. O, qısa müddət ərzində Füzulidə Beynəlxalq Hava Limanının tikilməsini, həmçinin Zəfər yolunun çəkilməsini qeyd edib.
Polad Bülbüloğlu Qarabağ məsələsində göstərdikləri daimi dəstəyə görə Türkiyə, İsrail və Pakistan səfirlərinə xüsusi minnətdarlığını bildirib.
Tədbirdə həmçinin Milli Məclisin deputatları, Türkiyə, İsrail, Pakistan və Qazaxıstanın Moskvadakı səfirləri, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.