https://sputnik.az/20211108/yol-polisi-suruculere-ciziqdan-cixmamagi-meslehet-gordu-434999211.html
Yol polisi sürücülərə cızıqdan çıxmamağı məsləhət gördü
Yol polisi sürücülərə cızıqdan çıxmamağı məsləhət gördü
Sputnik Azərbaycan
V. Əsədov bildirib ki, yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir. Lakin bəzi sürücülərin məsuliyyətsizliyi... 08.11.2021, Sputnik Azərbaycan
2021-11-08T16:10+0400
2021-11-08T16:10+0400
2021-11-08T16:10+0400
dyp
paytaxt xəbərləri
bakı
polis
xəbərdarlıq
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425639650_0:320:3073:2048_1920x0_80_0_0_9404e0fa0fe9e2ad49321768e640dec6.jpg
BAKI, 8 noyabr — Sputnik. "Dünəndən etibarən Dövlət Yol Polisi paytaxt ərazisində keçirilən "Zəfər Günü" tədbirləri ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Hansı küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verib. Lakin təəssüf ki, bəzi sürücülər xəbərdarlığa məhəl qoymadan məsuliyyətsizlik edir və nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib".Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik Vaqif Əsədov deyib.V. Əsədov bildirib ki, yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir. "Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticədə qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə müraciət edərək paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər"Polis polkovniki qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barəsində də xəbərdarlıq edib. "Kütləvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq."
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425639650_157:0:2888:2048_1920x0_80_0_0_9f197a6e7d79487c59144df64ff650cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, bakı, polis, xəbərdarlıq, zəfər günü
dyp, bakı, polis, xəbərdarlıq, zəfər günü
Yol polisi sürücülərə cızıqdan çıxmamağı məsləhət gördü
V. Əsədov bildirib ki, yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir. Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticədə qəzalar baş verir, tıxaclar yaranır.
BAKI, 8 noyabr — Sputnik. "Dünəndən etibarən Dövlət Yol Polisi paytaxt ərazisində keçirilən "Zəfər Günü" tədbirləri ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Hansı küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verib. Lakin təəssüf ki, bəzi sürücülər xəbərdarlığa məhəl qoymadan məsuliyyətsizlik edir və nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik
Vaqif Əsədov deyib.
V. Əsədov bildirib ki, yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir. "Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticədə qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə müraciət edərək paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər"
Vaqif Əsədov onu da əlavə edib ki, bütün bunlar insanların təhlükəsizliyi üçündür. "Zəfər günüdür, böyük bayramdır. Bu bayramı gözəl şəkildə qeyd etmək üçün hər birimiz özümüzdə məsuliyyət hiss etməliyik. Yol polisinin işini daha da çətinləşdirən addımlardan çəkinmək lazımdır. Avtomobil ilə mərkəz istiqamətində hərəkət həm sizin vaxtınızı alacaq, həm də müxtəlif xoşagəlməz hadisələrə səbəb ola bilər. Bir anlıq düşünək ki, qanunsuz yerdə park etməklə digərlərinə ciddi maneə yaradırıq".
Polis polkovniki qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barəsində də xəbərdarlıq edib. "Kütləvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq."