Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna Rusiyadan ən mühüm olanı almağa hazırlaşır

© Sputnik / Стрингер / Mediabanka keçidKiyevdə meydanda heykəllər
Kiyevdə meydanda heykəllər - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
Rusiya qonşusunun ideya-yaradıcılıq axtarışlarını heyrətlə izləyir və Kiyevin güc ekspansionizmi ilə bağlı istənilən arzusuna çiyinlərini çəkərək ənənəvi şəkildə cavab verə bilər: "Gəl, al".
BAKI, 8 noyabr — Sputnik, İrina Alksnis. Müasir Ukraynanın ideoloji-siyasi mənzərəsində bir-biri ilə sıx əlaqəli olan iki yanaşma xüsusilə populyardır. Birincisi, Rusiyanın cənub-qərb bölgələri - Krasnodar diyarı, Belqorod, Voronej və Kursk vilayətlərinin nəzərdə tutulduğu "Ukrayna torpaqlarının birləşdirilməsi" zərurətinə aiddir. İkincisi isə ölkənin adının Rus-Ukrayna olaraq dəyişdirilməsinin zəruriliyini təsdiqləyir.
Bu günlərdə bir Kiyev yazıçısı və filosofu bu fikri yenidən dilə gətirdi. Yayın sonlarında prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç də eyni sözləri söyləmişdi. Yeri gəlmişkən, o, oktyabr ayında təklif etmişdi ki, Ukrayna dili "rus dili" adlandırılsın.
Bir neçə ay bundan əvvəl isə daha bir ukraynalı politoloq və ekspert (iqtisad elmləri namizədi, Milli İdarəetmə Akademiyasının professoru) "Moskvalılar Ukrayna xalqından dilini, pravoslav inancını, ölkəmizin adını oğurlayıblar və indi bütün bunları bizə qaytarmağın vaxtı gəlib çatıb" mövzusuna geniş şəkildə müraciət etmişdi.
ABŞ və Rusiya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2021
RUSİYA
ABŞ-ın Rusiyaya münasibətdə yol verdiyi üç ölümcül səhv - Ekspert
Əlbəttə ki, bütün bunlar gülünc təsir bağışlayır, amma əgər məsələnin mahiyyətinə varsaq, bu yanaşmada müəyyən həqiqət var. Artıq dörddə bir əsrdir ki, Yunanıstan öz ixtiyarında olan bütün alətlərdən istifadə edərək qonşu ölkənin adının dəyişdirilməsini tələb edirdi və demək olar ki, üç il əvvəl öz məqsədinə nail oldu: İndi təkcə Makedoniya deyil, Şimali Makedoniya da mövcuddur.
Tarix və ad özünəməxsus gücə malikdir, odur ki, "öz gəminə nə ad versən, aiqbəti ona uyğun olacaq" deyimi əbəs yerə yaranmayıb. Ukraynanın - daha doğrusu, müasir Ukrayna dövlətinin bu məsələdə heç bir cəhətdən bəxti gətirməyib.
Qədim Rus Dövlətinin keçmiş paytaxtı, döyünən ürəyi və "sütunu" olan Kiyev, demək olar ki, min il bundan əvvəl siyasi tənəzzülə uğradı. Monqol istilası isə Rus dövlətinin cənub-qərbini dağıntılara məruz qoyaraq onu rus sivilizasiyasının ən mühüm mərkəzindən frontirə çevirdi. Nəticədə, bu son dərəcə təlatümlü hadisədən bir əsr sonra həmin əraziyə tamamilə fərqli adlar verildi - Malorossiya, Novorossiya və nəhayət, Ukrayna. Ancaq bütün bu adlar Rusiyaya münasibətdə periferikliyi, tabeçiliyi vurğulayır və elə buna görə də müasir Ukraynanın dövlət quruluşuna uyğun gəlmir.
Bu vəziyyətdən çıxmağın yolunu ukraynalı ideoloqlar özlərinə xas müdrikliklə tapıblar. Belə ki, son min il ölkənin tarixindən silinir və həmin dövr sonsuz çətinliklər, soyqırım, müstəmləkə asılılığı və əlbəttə ki, Rusiyanın Ukraynanın dövlət-tarixi irsinə yiyələnməsinin qaranlıq dövrünə çevrilir. Və Ukrayna çoxəsrlik tənəzzül dövrünü keçmək, özünü bərpa etmək üçün çiçəklənən və əzəmətli qədim Kiyev dövrünə üz tutur.
Bu problemi həll etmək üçün hər kəsin haradan gəldiyini xatırladaraq ad dəyişikliyi aparmaq lazımdır. Və əlbəttə ki, Kiyevdə təsəvvür olunduğu şəkildə o vaxtkı Ukrayna sərhədləri çərçivəsində ( "rus" torpaqları mənasında) ərazi bütövlüyünü bərpa etmək.
Zahirən nə qədər absurd təsir bağışlasa da, bu bir o qədər də səfeh konstruksiya deyil. Tarix həmişə ideologiyalaşdırılmış elm olub və bu belə də qalır. Bəşəriyyət isə tarixdən istifadə edərək öz üzərində saysız-hesabsız siyasi təcrübələr aparıb.
ABŞ Prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 02.11.2021
DÜNYA XƏBƏRLƏRİ
ABŞ prezidenti Avropada: Rusiyanı necə peşman edəcəklər?
Ötən əsrin böyük bir hissəsi ərzində cəmiyyətimizin tarix sahəsi də daxil olmaqla, kommunist ideologiyası çərçivəsində yetişdirildiyini xatırlatmaq kifayətdir. İndi isə odur, Qərbdə tənqidi irqi nəzəriyyə ictimai və akademik sahədə hökmranlıq üçün aqressiv mübarizə aparır və uğur qazanmaq şansına da malikdir. Ona görə də Kiyevin Qədim Rus dövlətinin əsas, daha doğrusu, yeganə varisi olduğunu dünya səviyyəsində isbat etmək arzusunda heç bir problem yoxdur. Prinsipcə, istənilən arzunu həyata keçirmək olar, əgər buna məqsədyönlü şəkildə səy göstərsən. Bax, Ukrayna üçün keçilməz maneələrin cəmləşdiyi yer də elə buradadır. Bizim Cənub-Qərb qonşumuz kreativ ideyalar irəli sürməkdə nə qədər mahirdirsə, onları real işdə həyata keçirməkdə bir o qədər geri qalır.
Məhz buna görə də əsrlərin ən ağır sınağından çıxaraq və yaşamaq uğrunda mübarizə yolu ilə indiki statusunu qazanmış Rusiya qonşusunun ideya-yaradıcılıq axtarışlarını heyrətlə izləyir. Kiyevin güc ekspansionizmi ilə bağlı istənilən arzusuna isə çiyinlərini çəkərək ənənəvi şəkildə cavab verə bilər: "Gəl, al".
Xəbər lenti
0