https://sputnik.az/20211108/kreml-putinin-gelen-hefte-ucun-is-qrafikini-aciqlayib-9-noyabrda-o-muhum-gorus-olacaqmi-434969261.html
Kreml Putin-Əliyev-Paşinyan görüşü barədə yenidən açıqlama verdi
Kreml Putin-Əliyev-Paşinyan görüşü barədə yenidən açıqlama verdi
Sputnik Azərbaycan
Üçtərəfli sazişin ildönümündə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin bir araya gələcəyi barədə məlumat həqiqətə uyğundurmu? 08.11.2021, Sputnik Azərbaycan
2021-11-08T14:01+0400
2021-11-08T14:01+0400
2021-11-08T14:07+0400
rusiya
kreml
moskva
prezident ilham əliyev
putin
rusiya prezidenti vladimir putin
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927090_0:0:1280:720_1920x0_80_0_0_f7b5b95819479a858073691ed5845d90.jpg
BAKI, 8 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın videokonfrans rejimində sammiti hazırlanır, ancaq vaxtla bağlı dəqiq razılaşma yoxdur. Sputnik Azərbaycan bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. "Putin, Əliyev və Paşinyanın sammiti barədə sualı dəqiqləşdirim. Doğrudan da, bir təsdiq edirdik ki, belə bir görüşə hazırlıq gedir. Ancaq indi qeyd etmək istəyirik: hələlik belə bir görüşün baş tutmasının vaxtı barədə anlaşma və dəqiq razılaşma yoxdur. İş davam etdirilir", - Peskov deyib.------------------07.11.202118:20Kreml Rusiya Prezidenti Vladimir Putinin gələn həftə üçün iş qrafiki ilə bağlı məlumatları açıqlayıb.Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Prezidentinin gələn həftə iş qrafiki ilə bağlı məlumatları “Rossiya 1” telekanlında yayımlanan “Moskva. Kreml.Putin” proqramında jurnalist Pavel Zarubin açıqlayıb.O qeyd edib ki, gələn həftə Putin Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASEAN) sammitində, “Sber” bankın yubileyinə həsr olunan konfransın plenar iclasında iştirak edəcək, Moskvada dahi rus yazıçısı Fyodr Dostayevskinin heykəlinin açılışını edəcək, eləcə də Hərbi Sənaye Komissiyasının iclasını və Nazirlər Kabineti ilə müşavirə keçirəcək.Xatırladaq ki, daha əvvəl “Aliq Media” noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanacağını bildirmişdi.Məlumata görə, sənədlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanacaq.Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənədə əsasən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələri əsaslarında Bakı və Yerevan bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.Nəşr yazır ki, 9 noyabr tarixi xüsusilə seçilib. Məhz 2020-ci ildə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli saziş imzalayıb.Qeyd edək ki, oktyabrın 18-i Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun 8-ci iclasının ilk hissəsi baş tutub. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib.Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.Qeyd edək ki, Moskva görüşündə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.Həmçinin oxuyun:Paşinyan və Əliyev görüşəcək? – Yerevan hələ də xəbərsizdir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927090_160:0:1120:720_1920x0_80_0_0_9fdc4c79860919f44b54bb65b645815f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, moskva, prezident ilham əliyev, putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan
kreml, moskva, prezident ilham əliyev, putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan
Kreml Putin-Əliyev-Paşinyan görüşü barədə yenidən açıqlama verdi
14:01 08.11.2021 (Yenilənib: 14:07 08.11.2021) Üçtərəfli sazişin ildönümündə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin bir araya gələcəyi barədə məlumat həqiqətə uyğundurmu?
BAKI, 8 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın videokonfrans rejimində sammiti hazırlanır, ancaq vaxtla bağlı dəqiq razılaşma yoxdur.
Sputnik Azərbaycan bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Putin, Əliyev və Paşinyanın sammiti barədə sualı dəqiqləşdirim. Doğrudan da, bir təsdiq edirdik ki, belə bir görüşə hazırlıq gedir. Ancaq indi qeyd etmək istəyirik: hələlik belə bir görüşün baş tutmasının vaxtı barədə anlaşma və dəqiq razılaşma yoxdur. İş davam etdirilir", - Peskov deyib.
Kreml Rusiya Prezidenti Vladimir Putinin gələn həftə üçün iş qrafiki ilə bağlı məlumatları açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Prezidentinin gələn həftə iş qrafiki ilə bağlı məlumatları “Rossiya 1” telekanlında yayımlanan “Moskva. Kreml.Putin” proqramında jurnalist Pavel Zarubin açıqlayıb.
O qeyd edib ki, gələn həftə Putin Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASEAN) sammitində, “Sber” bankın yubileyinə həsr olunan konfransın plenar iclasında iştirak edəcək, Moskvada dahi rus yazıçısı Fyodr Dostayevskinin heykəlinin açılışını edəcək, eləcə də Hərbi Sənaye Komissiyasının iclasını və Nazirlər Kabineti ilə müşavirə keçirəcək.
Xatırladaq ki, daha əvvəl “Aliq Media” noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanacağını bildirmişdi.
Məlumata görə, sənədlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanacaq.
Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənədə əsasən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələri əsaslarında Bakı və Yerevan bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.
İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.
Nəşr yazır ki, 9 noyabr tarixi xüsusilə seçilib. Məhz 2020-ci ildə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli saziş imzalayıb.
Qeyd edək ki, oktyabrın 18-i Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun 8-ci iclasının ilk hissəsi baş tutub. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib.
Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Moskva görüşündə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.