QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ANAMA azad olunan ərazilərin 121 hektarını təmizləyib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir  - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
BAKI, 8 noyabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 173, tank əleyhinə 143 mina və 93 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 121 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər lenti
0