Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanın azərbaycanlı icması "Yeni Moskva"da baş vermiş cinayəti pisləyir

© Sputnik / Olga Golovko / Mediabanka keçidMoskvada küçə, arxiv şəkli
Moskvada küçə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Şamil Tağıyev: Şübhə yoxdur ki, hər bir cinayətkar layiqli cəzasını alacaq və bu, müdafiəsiz insanlara hücum etməyə cürət edənlər üçün dərs olacaq.
BAKI, 6 noyabr — Sputnik. Rusiya paytaxtının azərbaycanlı icması "Yeni Moskva"da törədilmiş cinayəti pisləyir. Bu barədə Sputnik Azərbaycan-a Moskvanın azərbaycanlı icmasının sədri Şamil Tağıyev Novı Vatutin bölgəsində dörd nəfərin uşağı ilə gəzintidə olan ataya hücumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskvanın bu bölgəsində daha çox miqrantlar, habelə Rusiya vətəndaşı olan milli azlıq nümayəndələri yaşayırlar.
"Buranın yaşayış yeri kimi seçilməsi həm bölgənin iri ticarət məntəqələrinə yaxın olması, həm də burada kirayə qiymətlərinin digər bölgələrlə müqayisədə dəfələrlə aşağı olması ilə əlaqədardır", - deyə o bildirib.
Tağıyevin sözlərinə görə, Moskvanın bu bölgəsində baş verən yüquq pozuntularının əksəriyyəti həqiqətən də gəlmələrin payına düşür:
"Lakin gəlmələr - miqrantlar demək deyil. Dünənki vəziyyət göstərdi ki, onlar Moskvaya qazanc dalınca gəlmiş Rusiya vətəndaşları da ola bilərlər".

"Qafqaz xalqının nümayəndələri olaraq KİV-də millətlərarası münaqişənin qızışdırılmasını pisləyirik. Millətlərarası qarşıdurma olmamalıdır. Biz istənilən zorakılığın əleyhinəyik. Nə cinayətkarın, nə də zəzərçəkmişin milliyyəti yoxdur. Həmin o uşaqlı kişinin yerində mən də ola bilərdim", - deyə Tağıyev bildirib.

"Şübhə yoxdur ki, hər bir cinayətkar layiqli cəzasını alacaq və bu, müdafiəsiz insanlara hücum etməyə cürət edənlər üçün dərs olacaq", - deyə o, fikrini yekunlaşdırıb.
RİA Novosti xəbər verib ki, bir müddət əvvəl Rusiya DİN "Yeni Moskva"da dörd nəfərin uşaqlı ataya hücumu ilə bağlı videodan sonra araıdırmalara başlayıb. Əvvəlcə "xuliqanlıq" maddəsi ilə cinayət işi başlanmasına rəğmən, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bıstrıkin hücum edən şəxslərin əməllərinin daha ağır maddə - "öldürməyə cəhd" maddəsi ilə tövsif olunmasını tapşırıb.
Paytaxt polisindən RİA Novosti-nin sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı saxlanılan şəxsərin hamısı Zaqafqaziya dövlətlərinin birindən çıxmış şəxslərdir. Onlardan üç nəfəri Rusiya vətəndaşıdır.
Xəbər lenti
0