https://sputnik.az/20211106/azerisiq-kelbecerde-islerini-yekunlasdirir-434942209.html
"Azərişıq" Kəlbəcərdə işlərini yekunlaşdırır
"Azərişıq" Kəlbəcərdə işlərini yekunlaşdırır
Sputnik Azərbaycan
Rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini... 06.11.2021, Sputnik Azərbaycan
2021-11-06T11:32+0400
2021-11-06T11:32+0400
2021-11-06T11:36+0400
qarabağ
azərişıq
enerji
kəlbəcər
təminat
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/06/434942444_0:10:1201:685_1920x0_80_0_0_7591d2b3158177fef7959d198dd6f229.png
BAKI, 6 noyabr — Sputnik. "Azərişıq" ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq izolyasiyalı və mühafizə olunan kanellərin çəkildiyi göstərilir.Bunun üçün isə Səhmdar Cəmiyyətinin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar. Həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.Məlumata görə, "Azərişıq" Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.Xatırladaq ki, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində döyüşsüz Azərbaycana qaytarılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/06/434942444_140:0:1053:685_1920x0_80_0_0_61ac76173656bd30ebda5f089066ecc6.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərişıq, enerji, kəlbəcər, təminat
azərişıq, enerji, kəlbəcər, təminat
"Azərişıq" Kəlbəcərdə işlərini yekunlaşdırır
11:32 06.11.2021 (Yenilənib: 11:36 06.11.2021) Rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.
BAKI, 6 noyabr — Sputnik. "Azərişıq" ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq izolyasiyalı və mühafizə olunan kanellərin çəkildiyi göstərilir.
Bunun üçün isə Səhmdar Cəmiyyətinin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar. Həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.
Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.
Məlumata görə, "Azərişıq" Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.
Xatırladaq ki, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində döyüşsüz Azərbaycana qaytarılıb.