https://sputnik.az/20211104/serhedlerin-delimitasiyasi-hansi-xeriteler-uzre-aparilacaq-ermenistan-xn-den-aciqlama-434877174.html
Sərhədlərin delimitasiyası hansı xəritələr üzrə aparılacaq? Ermənistan XİN-dən açıqlama
Sərhədlərin delimitasiyası hansı xəritələr üzrə aparılacaq? Ermənistan XİN-dən açıqlama
Sputnik Azərbaycan
Xarici işlər nazirinin müavini Vaqe Qevorkyan deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılmır. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T14:54+0400
2021-11-04T14:54+0400
2021-11-04T14:54+0400
sərhəd
qarabağ
ermənistan
azərbaycan-ermənistan dövlət sərhədi
ermənistan xin
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/42330/15/423301589_0:25:3072:1753_1920x0_80_0_0_5a7394c59bb344d432943084e4682f47.jpg
BAKI, 4 noyabr — Sputnik. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılmır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaqe Qevorkyan cümə axşamı parlamentdə keçirdiyi brifinqdə deyib."Hələlik delimitasiya və demarkasiya ilə bağlı danışıqlar getmir. Ona görə də erməni tərəfinin hansı xəritə və sənədləri rəhbər tutacağını vaxtından əvvəl söyləmək tezdir", - deyə o bildirib.Qevorkyan əlavə edib ki, daxili müzakirələr zamanı ümumi yanaşmalar işlənib hazırlanıb, onlar haqqında hələlik ictimaiyyətə açıqlama verilməyəcək, hələ ki, danışıqlar aparılmır.Qeyd edək ki, "Aliq Media" nəşrinin yaydığı məlumata görə, noyabrın 9-da Azərbaycan-Ermənistan arasında yeni iki sənəd imzalanacaq. Nəşr bildirir ki, birinci imzalanacaq sənəd Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasını nəzərdə tutur. Bu sənədin imzalanması ilə iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımış olacaq. İkinci sənəddə isə regionda kommunikasiya xətlərinin fəaliyyətinin bərpası təsbit olunur. Bununla Azərbaycan dəhliz vasitəsilə Naxçıvanla birbaşa əlaqə qura biləcək.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.Həmçinin oxuyun:Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq - İlham Əliyev
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/15/423301589_341:0:3072:2048_1920x0_80_0_0_8d31315533281f97881f3db586963a5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, ermənistan, azərbaycan-ermənistan dövlət sərhədi, ermənistan xin, azərbaycan və ermənistan arasında müharibə
sərhəd, ermənistan, azərbaycan-ermənistan dövlət sərhədi, ermənistan xin, azərbaycan və ermənistan arasında müharibə
Sərhədlərin delimitasiyası hansı xəritələr üzrə aparılacaq? Ermənistan XİN-dən açıqlama
Xarici işlər nazirinin müavini Vaqe Qevorkyan deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılmır.
BAKI, 4 noyabr — Sputnik. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılmır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaqe Qevorkyan cümə axşamı parlamentdə keçirdiyi brifinqdə deyib.
"Hələlik delimitasiya və demarkasiya ilə bağlı danışıqlar getmir. Ona görə də erməni tərəfinin hansı xəritə və sənədləri rəhbər tutacağını vaxtından əvvəl söyləmək tezdir", - deyə o bildirib.
Qevorkyan əlavə edib ki, daxili müzakirələr zamanı ümumi yanaşmalar işlənib hazırlanıb, onlar haqqında hələlik ictimaiyyətə açıqlama verilməyəcək, hələ ki, danışıqlar aparılmır.
Qeyd edək ki, "Aliq Media" nəşrinin yaydığı məlumata görə, noyabrın 9-da Azərbaycan-Ermənistan arasında yeni iki sənəd imzalanacaq. Nəşr bildirir ki, birinci imzalanacaq sənəd Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasını nəzərdə tutur. Bu sənədin imzalanması ilə iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımış olacaq. İkinci sənəddə isə regionda kommunikasiya xətlərinin fəaliyyətinin bərpası təsbit olunur. Bununla Azərbaycan dəhliz vasitəsilə Naxçıvanla birbaşa əlaqə qura biləcək.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.