Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Lukaşenko iki dövlətin inteqrasiya dekretinə imza atdılar

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (solda) görüş zamanı
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (solda) görüş zamanı - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
İki ölkənin liderləri miqrasiya siyasəti barədə konsepsiya və hərbi doktrinanı da təsqiqləyib, regional qoşun qruplaşmalarını gücləndirmək niyyətində olduqlarını etiraf ediblər.
BAKI, 4 noyabr — Sputnik. Bu gün Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə İttifaq Dövlətinin inteqrasiya dekretini imzalayıblar. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
Dekret sentyabr ayında təsdiq edilmiş 28 ittifaq proqramının hamısını, həmçinin 2021-2023-cü illər ərzində İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətlərini özündə ehtiva edir.
Bundan başqa, iki ölkənin lideri miqrasiya siyasəti barədə konsepsiya və hərbi doktrinanı da təsqiqləyiblər. İclasda Lukaşenkonun da qeyd etdiyi kimi, tərəflər artıq etibarlı qalxan rolunu oynayan regional qoşun qruplaşmalarını gücləndirmək niyyətindədir.
İttifaq Dövləti üzrə Proqram isə valyuta sisteminin inteqrasiyası, dolayı vergilərin tutulması, terrorizmlə mübarizənin, dövlət satınalmalarına və dövlət sifarişlərinə qarşılıqlı çıxışın ümumi prinsiplərini nəzərdə tutur.
Bundan başqa, makroiqtisadi siyasət vahidləşəcək, ölkələr ödəniş sistemlərini birləşdirəcək, pul siyasətini uyğunlaşdıracaq, birgə neft və qaz bazarları formalaşacaqlar.
Qeyd edək ki, Rusiya Federasiyası ilə Belarus Respublikası İttifaq dövlətinin yaradılması haqqında sazişi 1999-cu il dekabrın 8-də imzalayıblar.
Xəbər lenti
0