QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Kəlbəcər rayonunun Təkdam kəndindən videogörüntülər

Abunə olmaq
Təkdam kəndi dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsini qonşu Keşdək kəndindən köçüb gəlmiş ailələr qədim dövrdə daşdan tikilmiş indiyə qədər qalmış kiçik bir binanin (yerli əhali bu binaya dam deyir) ətrafinda saldiğına görə belə adlandırılıb.
BAKI, 4 noyabr — Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun Təkdam kəndindən videogörüntülər yayıb. Sputnik Azərbaycan xəbər mverir ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ötən ilin noyabrın 10-da Azərbaycan Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən noyabrın 25-də Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirib. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırıblar.
Təkdam kəndi dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsini qonşu Keşdək kəndindən köçüb gəlmiş ailələr qədim dövrdə daşdan tikilmiş indiyə qədər qalmış kiçik bir binanin (yerli əhali bu binaya dam deyir) ətrafinda saldiğına görə belə adlandırılıb. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilib.
Təkdam kəndi də 2020 -ci ilin noyabr ayında imzalanmış üçtərəfli razılaşmaya görə erməni işğalından azad edilib.
Xəbər lenti
0