Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sibirdə An-12 təyyarəsi qəzaya uğradı, heyət məhv oldu

© Sputnik / Igor Russak / Mediabanka keçidAN-12 təyyarəsi
AN-12 təyyarəsi - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
BAKI, 3 noyabr — Sputnik. An-12 təyyarəsinin göyərtəsində olan bütün şəxslər həlak olublar.
Sputnik Azərbaycan bildirir ki, bu məlumatı Rusiyanın İrkutsk vilayətinin qubernatoru bildirib.
Təyyarənin qara qutularından biri də tapılıb. Bildirilir ki, cihazın texniki vəziyyəti qənaətbəxşdir.
-----------
16:39
Yakutskdan İrkutska uçuşu həyata keçirən An-12 nəqliyyat təyyarəsi radarlardan itib. Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.
"Moskva vaxtı ilə saat 14:50-də Yakutsk və İrkutskdan uçan An-12 təyyarəsi radarlardan itib. O, İrkutskdan yeddi km aralıdakı Pivovarixa yaşayış məntəqəsinin yanında eniş edərkən radardan itib", - deyə agentliyin həmsöhbəti bildirib. O əlavə edib ki, təyyarənin hansı quruma aid olduğu araşdırılır.
Bir neçə dəqiqə sonra xilasedicilər təyyarənin düşdüyü yeri aşkarlayıblar. Laynerin yandığı deyilir. Qeyd olunur ki, təyyarənin göyərtəsində olanlardan iki nəfər həlak olub, beş nəfərin taleyindən xəbər yoxdur.
Xəbər lenti
0