Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Türk Şurasına üzv dövlətlərin Baş prokurorlarının Bakıda iclası başlayıb

© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluğun binası, arxiv şəkli
Baş Prokurorluğun binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
BAKI, 1 noyabr - Sputnik. Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası işə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda Türkiyə, Özbəkistan və Qırğız respublikalarının Baş prokurorları, Qazaxıstan Baş prokurorunun birinci müavini, Türk Şurası baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edirlər.
Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Bakıda keçirilən ilk iclasının iştirakçıları noyabrın 1-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri qoyublar.
***
31.10.21, 16:56
Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları Bakıya toplaşır
Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.
Sputnik Azərbaycan-a Baş Prokurorluqdan daxil olan məlumata görə, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.

İclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.
Xəbər lenti
0