Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanın hava limanları adi rejimdə çalışır

© Sputnik / Mediabanka keçidDomodedovo hava limanı, arxiv şəkli
Domodedovo hava limanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Ölkənin hidrometroloji bürosu Moskva şəhəri və Mosva vilayətində güclü dumanla əlaqədar olaraq çərşənbə axşamı yerli vaxtla səhər saat 9.00-a qədər sarı rəngli hava təhlükəsi elan edib.
BAKI, 1 noyabr - Sputnik. Moskva hava limanları dumanlı hava şəraitində adi iş rejimində çalışır. Bu barədə RİA Novosti-yə Rusiya paytaxtının hava limanlarının mətbuat xidmətlərindən məlumat verilib.
Xatırladaq ki, bir qədər əvvəl Moskvanın "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" hava limanlarında 30-dan çox təyyarə reysinin duman üzündən ləngiməsi və ya təxirə salınması barədə xəbərlər yayılmışdı.
Məlumatda deyilirdi ki, yerli vaxtla saat 20.00-a qədər "Vnukovoda" 1 reys ləngiyib, daha 3 reys isə təxirə salınıb. "Domodedovo"da 4 reys ləngidilib, 12 reys təxirə salınıb. "Şeremetyevo" hava limanında isə 3 reys ləngidilib, 9 reys isə təxirə salınıb.
Qeyd edək ki, ölkənin hidrometroloji bürosu Moskva şəhəri və Mosva vilayətində güclü dumanla əlaqədar olaraq çərşənbə axşamı yerli vaxtla səhər saat 9.00-a qədər sarı rəngli hava təhlükəsi elan edib.
Xəbər lenti
0