Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Putinin Baydenə xəbərdarlığından danışıb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Rusiya XİN rəhbəri: Son eşitdiyim odur ki, onlar Hindistanı da bu məsələyə cəlb edərək onun ərazisində Pentaqon üçün hər hansı bir imkanın yaradılmasına razılaşdırmağa çalışıblar.
BAKI, 1 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin iyun ayında Cenevrədə ABŞ prezidenti Co Baydenlə görüşdə ABŞ liderini Əfqanıstanda baş verən hadisələr fonunda Mərkəzi Asiya ölkələrində hərbi bazaların yaradılması cəhdləri ilə bağlı xəbərdarlıq edib. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu mövzuda biz əvvəldən demişdik, prezident iyun ayında Cenevrədə Baydenlə görüşü zamanı deyib, çünki bu mövzu artıq gündəmə gəlmişdi, biz nə olacağını artıq qabaqcadan görürdük. Putin Baydenə bildirmişdi: "Eşitdiyimiz kimi, siz ehtiyac olduqda Əfqanıstan ərazisinə zərbələr endirmək üçün hərbi infrastrukturun bir hissəsinin Mərkəzi Asiya ölkələrində yerləşdirilməsi ilə bağlı danışıqlarınızın qəti əleyhinəyik", - deyə Lavrov "Rossiya 24" telekanalında çıxışı zamanı bildirib.

Lavrov qeyd edib ki, ABŞ bu cür təkliflə təkcə Əfqanıstanın Mərkəzi Asiya qonşularına deyil, digər ölkələrə də müraciət edib.

"Pakistanlılara da bu cür təklif olunub, ancaq onlar bundan imtina ediblər. Özbəkistan bu mövzuda açıq şəkildə bəyan edib ki, onların konstitusiyası öz ərazisində hərbi bazaların yerləşdirilməsini nəzərdə tutmur. Qırğızlar da prezidentin dili ilə bunu istəmədiklərini açıq şəkildə bəyan ediblər", - deyə nazir əlavə edib.

"Ancaq amerikalıların bezdirici olduqlarını bildiyimə görə, onların eyni mövzunu müxtəlif tərəflərdən yeritməkdə davam edəcəklərini istisna etmirəm. Son eşitdiyim odur ki, onlar Hindistanı da bu məsələyə cəlb edərək onun ərazisində Pentaqon üçün hər hansı bir imkanın yaradılmasına razılaşdırmağa çalışıblar", - deyə Lavrov bildirib.
Xəbər lenti
0