Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Əfqanıstandan terrorizm axının qarşısını almağa çağırıb

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiyanın Xarici işlər naziri Sergey Lavrov
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Sergey Lavrov deyib ki, Rusiyanın qarşısında duran əsas vəzifə Əfqanıstana qonşu olan Mərkəzi Asiya respublikalarında sabitliyin pozulmasının qarşısını almaqdır.
BAKI, 1 noyabr — Sputnik. Xarici işlər naziri Sergey Lavrov Rusiyanın qarşısında duran əsas vəzifənin Əfqanıstana qonşu olan Mərkəzi Asiya respublikalarında sabitliyin pozulmasının qarşısını almaq olduğunu bildirib.
O, bu barədə "Rossiya 24" telekanalında Kirill Vışinskinin "1/6" proqramının efirində deyib.
"İlk növbədə, bu, qonşu ölkələrdə stabilliyin pozulmasının, Əfqanıstandan gələn terror və narkotik təhdidlərinin qarşısının alınmasıdır. Bu təhdidlərin Əfqanıstanın öz daxilində yatırdılması zərurətdir", - deyə Lavrov bildirib.
Nazir vurğulayıb ki, bu dövlətlərdə sabitlik Moskva üçün xüsusilə vacibdir.
"Çünki Mərkəzi Asiya müttəfiqləri ilə heç bir sərhədimiz yoxdur. Demək olar ki, hamısı ilə vizasız rejim mövcuddur", - deyə o, izah edib.
Avqustun əvvəlində ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması fonunda Taliban* hərəkatı hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0