Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı metrosunda tüstülənmənin səbəbi bəlli oldu

© Sputnik / Murad OrujovBakı metrosunda
Bakı metrosunda - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
BAKI, 30 oktyabr - Sputnik. “28 May" stansiyasında tüstülənmənin səbəbi açıqlanıb.
Sputnik Azərbaycan-a Bakı Metropolitenindən daxil olan məlumata görə, stansiyanın tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib. Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib. Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.
"Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub. Hazırda bütün metropoliten infratrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", - məlumatda deyilir.
-----------
16:33
Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bakı Metropolitenindən verilən məlumata görə, öncə "yaşıl" və "qırmızı" xətlər boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq təmin edilib, sonra isə "Xətai-Cəfər Cabbarlı" stansiyasında qatarların hərəkəti bərpa olunub.
-----------
16:03
Bakı metrosunun "28 May" stansiyasında baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Sputnik Azərbaycan bildirir ki, məlumata görə, bu gün saat 14:32-də qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonmetr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropoliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.
---------
14:54
Bakı metropolitenində problem yaranıb.
Sputnik Azərbaycan-a qurumdan daxil olan məlumatda deyilir ki, "28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb. Bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.
Qeyd edək ki, oktyabrın 13-də Bakı metrosunun Həzi Aslanov - Dərnəgül istiqamətində hərəkət edən qatarlardan birinə minik olmayıb. Mətbuat xidmətindən qatarın texniki baxışa cəlb olunacağı, əvəzinə başqa qatarın xəttə buraxılacağı deyilib.
Xəbər lenti
0