Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya sərhədçiləri Kərki kəndi yaxınlığında qəzaya düşdülər: Ölən və yaralanan var

© AFP 2024 / PATRICK T. FALLONAşmış maşın
Aşmış maşın - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Yük maşını bu gün təxminən 11:40 radələrində Yerevan-Arazdəyən-Mehri yolunun 80 kilometrində Kərki kəndi yaxınlığında yoldan çıxıb və 150 metr yuvarlanaraq dərəyə düşüb.
BAKI, 29 oktyabr — Sputnik. Ermənistanın Ararat vilayətində Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti) Sərhəd idarəsinə məxsus yük maşını qəzaya düşüb. Sputnik Azərbaycan xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyi bu barədə yayılan xəbərləri təsdiqləyib.
Məlumata əsasən yük maşını bu gün təxminən 11:40 radələrində Yerevan-Arazdəyən-Mehri yolunun 80 kilometrində Kərki kəndi yaxınlığında yoldan çıxıb və 150 metr yuvarlanaraq dərəyə düşüb.
Nəticədə bir nəfər ölüb, digər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölən və yaralanan şəxslərin Rusiya sərhədçiləri olduğu bildirilir.
Ermənistan polisi ölən və yaralanan şəxslərin şəxsiyyətini dəqiqləşdirir.
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.
1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.
Xəbər lenti
0