QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağıdılan yurdlar yenidən qurulur: Ağdamda 27 ailə öz evinə dönüb

© Sputnik / Emin AlisahibAğdamda dağılmış evlər yenidən bərpa olunur
Ağdamda dağılmış evlər yenidən bərpa olunur - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
44 günlük vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində zərər görmüş 1450-dən çox tikili təmir-bərpa olunub, 27 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək artıq sakinlərə təqdim edilib.
BAKI, 29 oktyabr — Sputnik. 44 günlük vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Ağdamda 32 yaşayış evi və 6 qeyri-yaşayış obyekti dağıdılıb, 1750-dən çox tikiliyə zərər dəyib. Hazırda sözügedən evlərin və obyektlərin bərpasına başlanılıb. Həmin mənzil sahiblərindən biri də Cahid Rüstəmovdur. O deyir ki, müharibədə onun və bacısının evi zərər görüb.
© Sputnik / Emin AlisahibAğdamda dağılmış evlər yenidən bərpa olunur
Ağdamda dağılmış evlər yenidən bərpa olunur - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Ağdamda dağılmış evlər yenidən bərpa olunur
"44 günlük müharibə zamanı evimizə mərmi düşüb. Mərmi düşməsi nəticəsində iki ev dağılıb. Bir bacım Rüstəmova Sədaqətin evi, bir də öz evim dağılmışdı. Dövlətimiz sağ olsun ki, onları yenidən bərpa edib bizə qaytardı", - o, deyib.
© Sputnik / Emin AlisahibCahid Rüstəmov
Cahid Rüstəmov - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Cahid Rüstəmov
Hazırda 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin tikinti, təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Evi bərpa olunan sakin Niyaməddin Allahverdiyev deyir ki, ötən il oktyabr ayının 4-də onun da evinə mərmi düşüb:
"44 günlük Vətən Müharibəsi dövründə - oktyabr ayının 4-ü günü səhər saat 10-da mərmi düşüb, evi təmiz dağıtmışdı. Cənab prezidentin sərəncamı ilə evim tamamilə bərpa olundu. İndi hər şey qaydasındadır, yoluna düşüb, öz axarı ilə davam edir. Sağ olsun cənab prezidentimiz".
© Sputnik / Emin AlisahibNiyaməddin Allahberdiyev ev sahibi
Niyaməddin Allahberdiyev ev sahibi - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Niyaməddin Allahberdiyev ev sahibi
Hazırda Ağdamda 5 yaşayış evinin tikintisi yekunlaşmaq üzrədir. Bununla yanaşı, 300 tikilidə təmir-bərpa işləri aparılır. Evi bərpa olunan Sarı Allahverdiyev ermənilərin atdığı qrad mərmisi nəticəsində dördotaqlı evinin 2 otağının tamamilə sıradan çıxdığını deyir:
"Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri də Ağdam rayonu, Alıbəyli 1 qəsəbəsində bizim evə düşdü. Qrad mərmisi idi. Dördotaqlı evin iki otağını tamamilə dağıtdı. Müharibə bitəndən sonra gəldilər, təmir-tikinti işinə başladılar. Artıq bu iş başa çatıb. Demək olar ki, ev tam hazırdır".
© Sputnik / Emin AlisahibSarı Allahverdiyev
Sarı Allahverdiyev - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Sarı Allahverdiyev
Qeyd edək ki, ermənilərin təcavüzü nəticəsində zərər görmüş 11 rayonda 13 mindən çox tikiliyə ziyan dəyib. Hazırki mərhələdə onlardan 11750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb. Digər tikililər üzrə görülən işlərin də qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi, həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.
Xəbər lenti
0