Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Romada keçiriləcək "G20" sammitində iştirak edəcək

© Sputnik / Press service of the Russian Foreign Ministry / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Rusiyanın xarici işlər naziri bir sıra ikitərəfli görüşlər də keçirəcək. Hazırda qrafik nəzərə alınmaqla görüşlərin vaxtı dəqiqləşdirilir.
BAKI, 28 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 30-31-də "Böyük iyirmilik" ("G20) ölkələrinin Romada keçiriləcək zirvə toplantısına qatılacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İyirmilik qrupunun" əyani formatda keçiriləcək sammitində iştirak edəcək. O bir sıra ikitərəfli görüşlər də keçirəcək. Lavrovun çinli həmkarı ilə görüşü nəzərdə tutulub. Hazırda qrafik nəzərə alınmaqla, digər görüşlərin vaxtı dəqiqləşdirilir", – deyə Zaxarova hər həftənin cümə axşamı günü XİN-də təşkil olunan ənənəvi brifinqdə bildirib.
Qeyd edək ki, oktyabrın 30-31-də İtaliyanın paytaxtı Romada G20 ölkələrinin dövlət və hökumət rəhbərlərinin zirvə toplantısı keçiriləcək. Budəfəki sammit "İnsanlar, planet, firavanlıq" devizi altında baş tutacaq.
Xatırladaq ki, "G20" dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən güclü 20 dövlətini birləşdirən qurumdur. Bura ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Kanada, Braziliya, Argentina, Hindistan, Səudiyyə Ərəbistanı, İndoneziya, Avstraliya, Cənubi Koreya, Meksika və CAR daxildir.
Xəbər lenti
0