QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcəklər

Şuşa - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq.
BAKI, 27 oktyabr — Sputnik. Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcəklər. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır: "Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığı təşkil etməyi planlaşdırırıq. Sahibkarlar vergi və rüsumlardan azad ediləcək".
Nazir müavini bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işləri aparılır:
"Bildiyiniz kimi, ərazilərimiz 30 il ərzində ermənilər tərəfindən dağıntılara məruz qalıb. Bu gün bizim həmin ərazilərin bərpası üzrə strategiyamız var. Bərpa konsepsiyası bütün regionun iqtisadi artımını sürətləndirəcək və əlavə investisiyaların cəlb olunmasına xidmət edəcək".
Eləcə də oxuyun:
* Qubadlıda SSRİ dövrü ilə müqayisədə üç dəfə böyük ərazidə taxıl əkiləcək
* Qarabağ necə qazlaşdırılacaq? Rəsmi açıqlandı
* Suqovuşan azad edildi, heç su görməyən otuz min hektar ərazi suvarıldı
Xəbər lenti
0