https://sputnik.az/20211023/stintaq-komitesi-telman-smayilovu-rahat-buraxmir-434519293.html
İstintaq Komitəsi Telman İsmayılovu rahat buraxmır
İstintaq Komitəsi Telman İsmayılovu rahat buraxmır
Sputnik Azərbaycan
Bundan öncə məlumat yayılmışdı ki, noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq. 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T17:36+0400
2021-10-23T17:36+0400
2021-10-23T18:15+0400
rusiya
telman ismayılov
monteneqro
https://cdnn1.img.sputnik.az/img/41284/69/412846980_0:0:2096:1179_1920x0_80_0_0_c1919a48b6eb3b70d68a70d49b838131.jpg
BAKI, 23 oktyabr — Sputnik. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin Monteneqronun Moskvadakı keçmiş "Çerkizovski" bazarının sabiq sahibi Telman İsmayılovu təhvil verməkdən imtina etməsinin səbəbləri barədə məlumat verməyi tapşırıb. Bu barədə Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin saytında yerləşdirilib.Qeyd edək ki, ötən gün biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb. Bunu Vijesti nəşrinə Azərbaycan əsilli milyarderin vəkili Miloş Vuksanoviç deyib.Moskvadakı Çerkizov bazarının sabiq sahibi bu il oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını istəmişdi.Onun azad olunması haqda qərarı Podqoritsa Ali Məhkəməsinin sədri Vladimir Novoviç verib.Bundan öncə məlumat yayılmışdı ki, noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.Telman İsmayılov niyə həbs olundu?Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq mühafizə orqanlarından böyük iddialarla üz-üzə qaldı. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlandı.RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.İstintaqın məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və onlar ölüblər. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs tədbiri seçilib. Mehman Kərimova 13 il ciddi rejimli koloniyada həbs kəsilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41284/69/412846980_0:0:1916:1437_1920x0_80_0_0_968010700b5cde4152a4c3f961a22686.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
telman ismayılov, monteneqro
telman ismayılov, monteneqro
İstintaq Komitəsi Telman İsmayılovu rahat buraxmır
17:36 23.10.2021 (Yenilənib: 18:15 23.10.2021) Bundan öncə məlumat yayılmışdı ki, noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.
BAKI, 23 oktyabr — Sputnik. Rusiya İstintaq Komitəsinin sədri
Aleksandr Bastrikin Monteneqronun Moskvadakı keçmiş "Çerkizovski" bazarının sabiq sahibi
Telman İsmayılovu təhvil verməkdən imtina etməsinin səbəbləri barədə məlumat verməyi tapşırıb. Bu barədə
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin saytında yerləşdirilib.
"Rusiya İstintaq Komitəsi qəbul olunan qərarla razılaşa bilməz... Telman İsmayılov göstərilən ağır cinayətlərə görə qanun tərəfindən verilən cəzanı çəkməyib, axtarışda olmağa davam edib. Rusiya İstintaq Komitəsinin sədri İsmayılovun təhvil verilməməsi xəbəri əsasında beynəlxalq hüquq şöbəsinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə birlikdə, ekstradisiyadan imtinanın əsaslarını ətraflı öyrənməyi və hesabat verməyi tapşırıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb. Bunu Vijesti nəşrinə Azərbaycan əsilli milyarderin vəkili Miloş Vuksanoviç deyib.
Moskvadakı Çerkizov bazarının sabiq sahibi bu il oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını istəmişdi.
"Azərbaycandan olan milyarder ekstradisiya təcridxanasından buraxılıb", - portal yazır.
Onun azad olunması haqda qərarı Podqoritsa Ali Məhkəməsinin sədri Vladimir Novoviç verib.
Bundan öncə məlumat yayılmışdı ki, noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.
Telman İsmayılov niyə həbs olundu?
Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq mühafizə orqanlarından böyük iddialarla üz-üzə qaldı. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlandı.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.
Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.
İstintaqın məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və onlar ölüblər. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.
Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs tədbiri seçilib. Mehman Kərimova 13 il ciddi rejimli koloniyada həbs kəsilib.