Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada COVID-19-a maksimum yoluxma və ölüm qeydə alınıb

© REUTERS / ANTON VAGANOVRusiyada tibb işçiləri, arxiv şəkli
Rusiyada tibb işçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Gün ərzində pandemiya səbəbindən ölənlərin sayı daha 1 075 nəfər artaraq ümumilikdə 229 528 nəfərə yüksəlib.
BAKI, 23 oktyabr — Sputnik. Rusiyada son sutkada daha 37 678 nəfər COVID-19-a yoluxub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Ümumilikdə Rusiyada koronavirusa yoluxanların ümumi sayı 8 205 983 nəfərə çatıb.
Qonşu ölkədə virusdan gündəlik ölüm sayında da rekord qeydə alınıb. Belə ki, gün ərzində pandemiya səbəbindən ölənlərin sayı daha 1 075 nəfər artaraq ümumilikdə 229 528 nəfərə yüksəlib.
Son sutka ərzində Rusiyada koronavirusa yoluxmuş 26 077 nəfər sağalıb. Ümumilikdə koronavirusdan sağalanların sayı 7 143 137 nəfərə çatıb.
Xəbər lenti
0