Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO "soyuq müharibə"nin sxemləri ilə yaşayır - Rusiya XİN

© Sputnik / Григорий Сысоев / Mediabanka keçid Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko
 Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko  - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Sergey Lavrov bazar ertəsi Rusiyanın bu ölkənin NATO-dakı səfirləriinin göndərilməsinə cavab tədbirləri olacağını bəyan edib.
BAKI, 23 oktyabr - Sputnik. NATO təkamül yolu keçərək yenidən "soyuq müharibə"nin sxemləri əsasında yaşamağa başlayıb. RİA Novosti-nin məlumatına görə, bu sözləri Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib.

"NATO takamül yolu keçərək 1949-cu ildəki vəziyyətə qayıdıb. Bu gün qurum faktiki olaraq "soyuq müharibə"nin sxemləri ilə yaşayır. Onun əsas səyləri "Şərqdən gələn təhlükəni" dəf etməyə yönəlib", - deyə Qruşko NTV kanalında çıxışı zamanı bildirib.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bazar ertəsi Rusiyanın bu ölkənin NATO-dakı səfirləriinin göndərilməsinə cavab tədbirləri olacağını bəyan edib: NATO-nun Moskvadakı hərbi əlaqə missiyasından əlavə, onun məlumat bürosu da fəaliyyətini dayandırır. Rusiyanın NATO-dakı nümayəndəliyi də noyabrın 1-dən, yaxud bir müddət sonra fəaliyyətini dayandıracaq. Bundan sonra Rusiya ilə hər hansı əlaqə üçün Alyans bu ölkənin Belçikadakı səfirliyinə müraciət etməli olacaq.
Xəbər lenti
0