Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İŞİD-in Stavropolda terror cəhdinin qarşısı alınıb

© Photo : Federal Security Service RF / Mediabanka keçidRusiya FTX-nın əməkdaşları, arxiv şəkli
Rusiya FTX-nın əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Saxlanılan şəxsin evində aparılan axtarışlar zamanı partlayıcı maddələr aşkarlanıb.
BAKI, 22 oktyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol diyarında terror aktının qarşısını alıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, İŞİD tərəfdarı olan şəxs əldədüzəltmə partlayıcı qurğunu istifadə etməklə Stavropol diyarında nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətmək istəyib.
Adı çəkilməyən şəxs FTX tərəfindən saxlanılıb. Onun evində aparılan axtarışlar zamanı partlayıcı maddələr aşkarlanıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi başlayıb.
Xəbər lenti
0