https://sputnik.az/20211021/avropa-ttifaqi-azerbaycan-ucun-adli-foto-serginin-baglanis-merasimi-kecirilib-434457179.html
"Avropa İttifaqı Azərbaycan üçün" adlı foto-sərginin bağlanış mərasimi keçirilib
"Avropa İttifaqı Azərbaycan üçün" adlı foto-sərginin bağlanış mərasimi keçirilib
Sputnik Azərbaycan
23 sentyabr tarixində ictimaiyyətə açıq elan edilmiş sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycanda göstərdiyi yardım və tədbirlər barədə məlumatlandırmanı... 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T22:21+0400
2021-10-21T22:21+0400
2021-10-21T22:21+0400
avropa
paytaxt xəbərləri
sərgi
avropa ittifaqı
milli park
https://cdnn1.img.sputnik.az/img/42220/91/422209127_0:0:1920:1080_1920x0_80_0_0_8592c3ac46944b55a2ced7421705f1bf.jpg
BAKI, 21 oktyabr — Sputnik. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi bu gün Dənizkənarı Milli Parkda "Avropa İttifaqı Azərbaycan üçün" adlı sərginin bağlanış mərasimini keçirib.Sputnik Azərbaycan xəbər verir ki, Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri, Avropa İttifaqına Üzv Dövlətlərdən Almaniya, Belçika, Litva, Slovakiya, Çex Respublikası, Polşa və Bolqarıstanın Azərbaycandakı səfirləri, "Gənc Avropa Səfirləri" şəbəkəsinin üzvləri, Aİ tərəfindən maliyyələşdirilən layihələri həyata keçirən beynəlxalq təşkilatlar və yerli tərəfdaşlar, eləcə də KİV nümayəndələri tədbirdə iştirak ediblər.Aİ ilə Azərbaycan arasındakı tərəfdaşlığın uzunmüddətli tarixə malik olduğunu vurğulayan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko belə deyib: "Bu sərgi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın nə qədər müxtəlif yönümlü olduğunu nümayiş etdirməyə kömək etdi. Bütün bunlar Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti ilə uğurlu tərəfdaşlığımızın nəticəsidir. Avropa İttifaqı və üzv dövlətlər benefisiarların uğuruna və bütövlükdə ölkənin inkişafına töhfə verə bildiklərindən çox məmnundurlar və bununla qürur duyurlar".Qeyd edək ki, 23 sentyabr tarixində ictimaiyyətə açıq elan edilmiş sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycanda göstərdiyi yardım və tədbirlər barədə məlumatlandırmanı artırmaq idi.Sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr, müxtəlif mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb."Avropa İttifaqı Azərbaycan üçün" adlı sərgi cari ilin 25 oktyabr tarixinə kimi davam edəcək. Sərgi Bakı Bulvarında "Park Bulvar" TM-nin yaxınlığında açıq havada yerləşən şəkil qalereyasında keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42220/91/422209127_99:0:1539:1080_1920x0_80_0_0_361658b0b99a64d6372a4adf8858377a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, sərgi, avropa ittifaqı, milli park
avropa, sərgi, avropa ittifaqı, milli park
"Avropa İttifaqı Azərbaycan üçün" adlı foto-sərginin bağlanış mərasimi keçirilib
23 sentyabr tarixində ictimaiyyətə açıq elan edilmiş sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycanda göstərdiyi yardım və tədbirlər barədə məlumatlandırmanı artırmaq idi.
BAKI, 21 oktyabr — Sputnik. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi bu gün Dənizkənarı Milli Parkda "Avropa İttifaqı Azərbaycan üçün" adlı sərginin bağlanış mərasimini keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri, Avropa İttifaqına Üzv Dövlətlərdən Almaniya, Belçika, Litva, Slovakiya, Çex Respublikası, Polşa və Bolqarıstanın Azərbaycandakı səfirləri, "Gənc Avropa Səfirləri" şəbəkəsinin üzvləri, Aİ tərəfindən maliyyələşdirilən layihələri həyata keçirən beynəlxalq təşkilatlar və yerli tərəfdaşlar, eləcə də KİV nümayəndələri tədbirdə iştirak ediblər.
Aİ ilə Azərbaycan arasındakı tərəfdaşlığın uzunmüddətli tarixə malik olduğunu vurğulayan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko belə deyib: "Bu sərgi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın nə qədər müxtəlif yönümlü olduğunu nümayiş etdirməyə kömək etdi. Bütün bunlar Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti ilə uğurlu tərəfdaşlığımızın nəticəsidir. Avropa İttifaqı və üzv dövlətlər benefisiarların uğuruna və bütövlükdə ölkənin inkişafına töhfə verə bildiklərindən çox məmnundurlar və bununla qürur duyurlar".
Qeyd edək ki, 23 sentyabr tarixində ictimaiyyətə açıq elan edilmiş sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycanda göstərdiyi yardım və tədbirlər barədə məlumatlandırmanı artırmaq idi.
Sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr, müxtəlif mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb.
"Avropa İttifaqı Azərbaycan üçün" adlı sərgi cari ilin 25 oktyabr tarixinə kimi davam edəcək. Sərgi Bakı Bulvarında "Park Bulvar" TM-nin yaxınlığında açıq havada yerləşən şəkil qalereyasında keçirilir.