https://sputnik.az/20211020/xocavend-polisi-ermenilerin-atib-qacdigi-silah-sursati-askarlayib-434394447.html
Xocavənd polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarlayıb
Xocavənd polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarlayıb
Sputnik Azərbaycan
Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T10:49+0400
2021-10-20T10:49+0400
2021-10-20T11:02+0400
sursat
qarabağ
xocavənd
rayon polis şöbəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656118_0:35:1001:598_1920x0_80_0_0_62d8dd5eca3db90347dc179e1fee34a4.jpg
BAKI, 20 oktyabr — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilən ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib.Belə ki, ermənilərin ataraq qaçdığı 2 "Strela-3" daşınan zenit-raket kompleksi, 2 "Foqot", 1 "AQS-17" qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656118_78:0:921:632_1920x0_80_0_0_fc7a91f9e6477c359f942674a8468e63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sursat, xocavənd, rayon polis şöbəsi
sursat, xocavənd, rayon polis şöbəsi
Xocavənd polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarlayıb
10:49 20.10.2021 (Yenilənib: 11:02 20.10.2021) Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib.
BAKI, 20 oktyabr — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilən ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib.
Belə ki, ermənilərin ataraq qaçdığı 2 "Strela-3" daşınan zenit-raket kompleksi, 2 "Foqot", 1 "AQS-17" qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.