Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Səfirlik: David Babayanın Rusiyaya “işgüzar səfər”i barədə yayılan xəbər təxribatdır

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidAzərbaycanın Rusiyadakı səfirliyi
Azərbaycanın Rusiyadakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.
BAKI, 20 oktyabr - Sputnik. Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Rusiya səfirliyindən məlumat verilib.
“Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildiririk ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.
Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”, - deyə səfirliyin məlumatında qeyd olunub.
Xəbər lenti
0