Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Hansı avtomobillər daha çox alınır?

© AFP 2023 / STRLimanda nəqliyyat vasitələri, arxiv şəkli
Limanda nəqliyyat vasitələri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
2021-ci ildə Azərbaycanda premium benzinin qiyməti iki dəfə artıb. Sonuncu dəfə sentyabr ayında Aİ-95 markalı benzinin litri 1,45 manatdan 1,6 manata, Aİ-98 isə 1,6 manatdan 1,9 manata qalxıb. Əsas səbəb Azərbaycana Rumıniyadan idxal olunan premium benzinin qiymətinin artmasıdır.
Premium benzinin qiymətinin nəzərəçarpacaq dərəcədə artması ilkin və təkrar avtomobil bazarlarında satış strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olub. Mütəxəssislərin fikrincə, istehlakçı üstünlüklərin dəyişmə meyli yalnız sürətlə artır.
Rahatlığı sərfəli olana dəyişimə çoxmu insan hazırdır? Bu barədə oktyabrın 20-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində daşınar və daşınmaz əmlak sahəsində tanınmış mütəxəssis, "Daşınmaz əmlak" mərkəzinin direktoru Ramil Osmanlı məlumat verəcək.
Spikerə sualları əvvəlcədən i.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.
Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.
Əlaqə:
Telefon: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0