QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Rebuild Karabakh" sərgisi keçiriləcək

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir.
BAKI, 19 oktyabr — Sputnik. "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
"Caspian Event Organaisers"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci "Rebuild Karabakh"sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatası dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.
Prezident İlham Əliyev Füzuli rayonunda - Sputnik Azərbaycan, 1920, 17.10.2021
QARABAĞ
Prezident: "Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır"
Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.
"Caspian Event Organisers" şirkəti və Qarabağ Dirçəliş Fondu arasında imzalanan Anlaşma Memorandumuna əsasən, "Rebuild Karabakh" sərgisində iştirak edən şirkətlərin qeydiyyat haqlarının bir hissəsi azad edilən ərazilərin bərpası üzrə işlərin həyata keçirilməsi üçün Fonda yönləndiriləcək. Fonda ediləcək ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması ilə bağlı vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərə əlavə dəstək olacaq.
Bundan başqa, qeyd edək ki, "Rebuild Karabakh" sərgisinin proqramına “Azərbaycanda yaradılan biznes mühiti və investisiya imkanları”, “İşğaldan azad olunan ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar”, “Qarabağın enerji potensialı – azad olunan bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası”, “Rəqəmsal iqtisadiyyat”, "Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər” mövzularında təqdimatlar daxildir.
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 14.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Qarabağda azərbaycanlılara aid tarixi-mədəni abidələrin 95%-i dağıdılıb
Qeyd edək ki, Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40%-ni təşkil edir.
Mədəni proqram çərçivəsində sərginin bütün günlərində xüsusi olaraq təşkil edilən "Qarabağ inciləri" zonasındakı foyedə Qarabağ bölgəsinin zəngin musiqi irsini əks etdirən müxtəlif tədbirlər keçiriləcək. Burada uşaqlar üçün Qarabağ haqqında kitablar, Qarabağ bölgəsinin geyimləri, "Qarabağ" şahmat fiqurları, Qarabağ xalçaları, Qarabağ mənzərələri fonunda şəkil çəkdirib və dərhal sosial şəbəkələrdə paylaşa biləcəyiniz "360 video spinner" görə biləcəksiniz.
Xəbər lenti
0